Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
XİN: Ermənistan Laçın dəhlizi vasitəsilə hərbçilərin bölgəyə göndərilməsini davam etdirir
XİN: Ermənistan Laçın dəhlizi vasitəsilə hərbçilərin bölgəyə göndərilməsini davam etdirir

Məhz Ermənistan post münaqişə mərhələsində Azərbaycana qarşı açıq ərazi iddialarını davam etdirir və bunu, o cümlədən XİN səviyyəsində Azərbaycanın Qarabağ bölgəsi ilə bağlı verdiyi hər bir açıqlamasında gündəmə gətirir.

Bizimyol.info xəbər verir ki, bu, Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin Ermənistan XİN-in Azərbaycanın Qarabağ bölgəsindəki vəziyyətlə bağlı 28 mart 2022-ci il tarixli əsassız bəyanatına dair şərhində bildirilib.

Qeyd edilib ki, Ermənistan, bəyanatın 6-cı maddəsini pozaraq, Laçın dəhlizi vasitəsilə hərbçilərin bölgəyə göndərilməsini davam etdirir. Bu fakt, beynəlxalq media tərəfindən də öz təsdiqini tapıb.

“Xüsusilə vurğulamaq istərdik ki, Azərbaycanın tərəfinin tələbi ölkənin Qarabağ bölgəsində yaşayan erməni əsilli vətəndaşlarına yox, məhz üçtərəfli bəyanatla nəzərdə tutulduğu kimi, qanunsuz erməni hərbi birləşmələrinin qalıqlarının bölgədən çıxarılmasına aiddir. Ermənistan XİN-in bu məsələni məqsədli şəkildə təhrif edərək “etnik təmizləmə” adı altında təqdim etməyə çalışması, Ermənistanın əsl niyyətini ifşa edir”, - qeyd olunub.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »