Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İşğaldan azad olunmuş ərazilərə qayıdacaq ailələrin sayı müəyyənləşdirilir
İşğaldan azad olunmuş ərazilərə qayıdacaq ailələrin sayı müəyyənləşdirilir

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi doğma yurd-yuvasına qayıdacaq ailələrin sayını müəyyənləşdirir.

Bu barədə Dövlət Komitəsindən APA-nın sorğusuna cavab olaraq bildirilib.

Qeyd olunub ki, Dövlət Komitəsinin aidiyyəti şöbəsinin əməkdaşları tərəfindən qayıdışa hazırlıq məqsədilə keçirilən sorğular nəticəsində əlavə məlumatlar öyrənilməklə komitənin elektron məlumat bazası təkmilləşdirilir, eyni zamanda məcburi köçkünlərin qayıdışla bağlı fikirləri öyrənilir.

“Sorğular nəticəsində doğma yurd-yuvasına qayıdacaq ailələrin sayının müəyyənləşdirilməsi işğaldan azad olunmuş ərazilərdə inşa olunacaq yaşayış sahələrinin layihələndirilməsi və sifarişi üçün istifadə olunması nəzərdə tutulub”, - vurğulanıb.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »