Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
O olmasın, bu olsun! - Kreml Avropanın imtina edəcəyi neftə "adaxlı" axtarır
O olmasın, bu olsun! - Kreml Avropanın imtina edəcəyi neftə "adaxlı" axtarır

Rusiya neftinin çıxarılmasını təklif edən dövlətlərin müqavilələri Cənub-Şərqi Asiya ölkələrinin təklifləri ilə əvəz olunacaq.

Bizimyol.info xəbər verir ki, bu barədə bazar ertəsi jurnalistlərə Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

Belə ki, o, Almaniya kansleri Olaf Şolzun Almaniyanın Rusiyadan kömür və neftdən tamamilə imtina etməyə harırlaşması barədə bəyanatlarını şərh edib. Onun sözlərinə görə, bu cür tədarüklərdən imtina "çox tez həyata keçirilə bilər".

"Cənub-Şərqi Asiyada da şərq bazarı var. Təbii ki, neftə düşən sifarişlər şərq istiqamətindən gələn sifarişlərlə kompensasiya olunacaq", - Kremlin sözçüsü "bu qərarın Rusiyanın neft gəlirlərinə, o cümlədən digər ölkələrin də buna əməl edəcəyi təqdirdə necə təsir göstərəcəyi" ilə bağlı sualına cavabında deyib.

Peskovun sözlərinə görə, həqiqətən də istehsal həcminin aşağı düşəcəyini istisna etmək olmaz: "Amma hər halda, biz bir daha təkrar edirik, axı dünya bazarı təkcə Avropa bazarından qat-qat çoxşaxəlidir. Baxmayaraq ki, təbii ki, Avropa bazarı premiumdur".

Rusiya Federasiyası Prezidentinin mətbuat katibi yekunlaşdırdı: "Ola bilər ki, "çalxalanma" olsun, bu qaçılmazdır və biz bunu gzləyirik. Amma o da var ki, bəzi kompensasiya mexanizmləri işə düşəcək, keçmişdə dəyərləndirilməmiş müqavilələrə yenidən baxıla bilər".

Mart ayında Avropa Komissiyası Aİ ölkələrinə Ukraynadakı vəziyyətlə əlaqədar ilin sonuna qədər Rusiya qazından asılılığın 67% azaldılması planını təklif etmişdi. Bu qazın alınmasının rublla ödənilməsi qərarından sonra daha da aktuallaşdı.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »