Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Putin üçün ikinci cəbhə açılır – ölkənin daxilində
Putin üçün ikinci cəbhə açılır – ölkənin daxilində

Siyasəti və silahları köhnəlmiş Rusiya özünü Ukraynadakı biabırçı vəziyyətdən çıxarmaq üçün mühribənin miqyasını genişləndirmək istəsə də, hələ ki Qərb buna imkan vermir. ABŞ və NATO dövlətləri tərəfindən tətbiq edilən sanksiyalar Kremli çıxılmaz duruma salıb. Artıq son güman olan atom silahı hədələri də fayda vermir. İmperiya vurğunu olan xalq isə sürükləndiyi fəlakətin acısını dadmağa başlayıb.

Artıq əyalətlətdəki qıtlıq iri şəhərlərdə hiss edilməyə başlayıb. Marketlərə axın edən insanlar gündəlik tələbat mallarındakı qiymət artımını hər gün deyil, hər saat hiss edir. Bu “Böyük Rusiya” ideologiyası tərəfdarlarının məyusluğuna, insan kimi yaşamaq istəyənlərin isə hiddətinə səbəb olur.

Müharibə başlayan kimi, orta təbəqənin sürətlə ölkəni tərk etməsi Rusiya kimi böyük sərvətlərə sabib olan ölkədə hiss olunmağa başlayıb. Sanksiyalara qarşı dayana bilməyəcəklərini anlayan iri və orta sahibkarların xaricə axın etməsi sosial vəziyyətin gərginləşməsini sürətləndirib. Sosial gərginliyin müəyyən zaman kəsimində siyasi etirazlara çevriləcəyi qaçılmaz reallıqdır. İmperiya nostaljisi yaşayan rusiyalılar bəlaların Qərbdən gəlməsi fəziyyəsi ilə özlərinə təskinlik verməyə çalışsalar da, böş zənbillərinə baxdıqca ölkənin hakimiyyətinə də sevgi izhar etmirlər.

Hakimiyyətə, xüsusən də, prezident Putinə azalan xətlə dəyişən inamın əsas səbəbi cəbhədəki uğursuzluqdur. Rus xalqı hər çətinliyə sinə gərər, təkcə kartof yeməklə də kifayətlənər ki, təki onun ordusu Kiyevi işğal etsin. Amma indi bunların ikisi də olmayınca sərin yellər əsməyə başlayır və nə vaxtsa o tufana çevriləcək. Ölkə ərasisində xəbərləri nə qədər gizlətməyə çalışsalar da, hazırki şəraitdə bunun mümkün olmadığı hər kəsə bəllidir. İnsanlar marketdə axtardıqlarını tapmaya bilərlər, amma istədikləri xəbəri öyrənmək üçün internetdə kiçik araşdırma kifayət edir.

Bu gün Ukrayna Silahlı Qüvvələri rus qoşunlarının Kiyev vilayətində yerləşdirilən bölmələrinin bir hissəsi geri çəkilərək Belarusa aparıldığı barədə məlumat yayıb. Slavutiç şəhərinin meri rus qoşunlarının şəhərdən çıxarılmasını ilə bağlı xəbərləri təsdiqləyib.

Xəbərdə: “Ukrayna Silahlı Qüvvələrinin məlumatına görə, söhbət Şərqi Hərbi Dairə qüvvələrinin “yenidən qruplaşdırılmasından” gedir. Rusiya bölmələri əhəmiyyətli itkilərə məruz qalıb və Belarusa yenidən quruplaşmağa göndərilib”, - deyə bildirilir.

Bu xəbərləri oxuyan sıravi Rusiya vətəndaşını ordunun Belarusa çəkilməsinin məqsədi yox, səbəbi düşündürür: “Demək, biz məğlub oluruq”,- deyə.

Hələlik iki ölkələr arasında xarici işlər nazirliklərinin əməkdaşları səviyyəsində aparılan danışıqlar da fayda vermir. İtkilər barədə xəbərlər getdikcə artmağa başlayıb. Bu da passiv etirazçıları fəallaşmağa sövq edir. Putin üçün, hələlik lokal olsa da, ikinci cəbhə açılır – ölkənin daxilindəki etirazlarla. Sosial şəbəkələrdə yayılan vidogörüntülər prosesin başladığından xəbər verir. Beynəlxalq aləmdən təcrid olunmuş dövlət başçısı, xalq tərəfindən də kimsəsizləşdirilməyə başlanılıb. Putin “dilləri”nin nüvə silahı barədə səsləndirdikləri qorxunc ifadələr isə xalqın hakimiyyətə qarşı fəal etiraza keçməsini daha da sürətləndirə bilər. Heç kim ölmək istəmir, hələ bu səbəbsizdirsə...

Putin dünyanı təhdid edəcək diplomatik silahlarını itirib, fiziki silahlar barədə də ürək açan məlumatlar ala bilmir.

İndi Putin özünü xilas etmək üçün müharibəni ən qısa zamanda dayandırmalıdır. Keçən hər gün onun əleyhinə işləyir. Əks təqdirə bir yolu qalır ki, o yolu da bu gün ölkə ərazisində yayımı qadağan edilən “Masyanya” cizgi serialı göstərib.

Qadir Həzi, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »