Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ukraynada "itkin düşən" merlərin aqibəti necə olacaq
Ukraynada "itkin düşən" merlərin aqibəti necə olacaq

Prezident Vladimir Zelenski Rusiya hərbçilərinin bir sıra Ukrayna merlərini oğurladığını bildirib. O, qeyd edib ki, eyni zamanda, işğalçılar bəzi məmurları öldürüblər, onların cəsədləri artıq tapılıb. Bizimyol.info xəbər verir ki, bu barədə dövlət başçısı “The Economist”-ə müsahibəsində bildirib. Siyasətçinin sözlərinə görə, bəzi şəhər rəhbərləri də itkin düşüb.

"Onlar bizim şəhərlərin merlərini oğurlayırlar. Onlardan bəzilərini öldürüblər. Bəzilərini tapa bilmirik. Artıq bəzilərini tapmışıq və onlar ölüblər",- deyə prezident bildirib. Zelenski həmçinin xatırladıb ki, işğalçı ölkənin əsgərləri merlərin oğurlanmasından sonra öz adamlarını dövlət postlarına qoymağa cəhd ediblər.

Qeyd edək ki, martın 11-də işğalçılar Melitopolda şəhərin başçısı İvan Fedorovu oğurladılar. Bundan sonra yerli deputat Qalina Danilçenko şəhəri idarə edəcək qondarma “xalq deputatları komitəsi”nin yaradılması haqqında videomüraciət yazıb. Eyni zamanda işğalçılar, martın 25-də oğurlanmış şəhərin meri Aleksandr Medvedyev də daxil olmaqla Çerniqov vilayətinin Snovsk şəhərinin yeddi sakinini saxlamağa davam edirlər. Onlar qeyri-qanuni olaraq müvəqqəti işğal olunmuş Gorodnyaya aparılıblar, lakin düşmən ordusunun hərbçiləri onlara nə etibarlı şəxslərə, nə də valideynlərinə vermir.

Tərcümə: İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »