Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Putin bir neçə günə Avropanın 5 ölkəsini işğal edəcəyini deyibmiş - Siyahı
Putin bir neçə günə Avropanın 5 ölkəsini işğal edəcəyini deyibmiş - Siyahı

Rusiya ilə Ukrayna arasında müharibənin bəzi bölgələrdə şiddətləndiyi vaxtda, Rusiya prezidenti Vladimir Putinin 2014-cü ildə 5 Avropa Birliyi ölkəsini işğal edəcəyi ölkələrin siyahısına əlavə etdiyi ortaya çıxıb.

Bizimyol.info xəbər verir ki, Almaniya mətbuatında yer alan xəbərdə Ukraynanın 2014-cü ildə Avropa Birliyinə üzv olmaq istədiyini açıqlamasından sonra Putinin həmin ilin sentyabrında bağlı qapılar arxasında keçirilən görüşlərdə 5 ölkəni işğal edəcəyi ilə hədələdiyi bildirilib.

Xüsusilə, o zaman Ukrayna rəhbərinə xəbərdarlıq edilən ölkələrin Polşa və Rumıniya, həmçinin Baltikyanı Estoniya, Latviya və Litva olduğu bildirilib.

Almaniyanın ən çox oxunan qəzetlərindən biri olan “Suddeutsche Zeitung” qəzetindəki xəbərdə Putin Ukraynanın o zamankı prezidenti Pyotr Poroşenkoya “mən istəsəm, Rusiya ordusu təkcə Kiyevi deyil, Riqa, Vilnüs, Tallin, Varşavanı da fəth edəcək. İki günə də Buxaresti nəzarət alrtına alacaq” dediyi qeyd olunub.

Onu da qeyd edək ki, Latviya diplomatı və Avropa Komissiyasının vitse-prezidenti Valdis Dombrovkis də bu ayın əvvəlində "Politico"-ya danışaraq Putinin hücumlarının genişlənə biləcəyinə işarə edib.

“Putin Ukraynadan qalib ayrılsa, hərbi məqsədlərini artıra və Baltikyanı ölkələr olan Litva, Latviya və Estoniyaya hücum edə bilər. Biz Ukraynanı dəstəkləməsək, bu müharibə Ukraynadan sonra da dayanmayacaq”,- deyə veteran diplomat bildirib.

Xatırladaq ki, Ukrayna prezidenti Volodimir Zelenski də dəfələrlə Avropanın başqa ölkələrinin də hədəfdə olduğunu xatırladıb. Amma hazırda baş verənlərdən sonra Rusiyanın öz məqsədinə çata biləcəyi şübhəli görünür. Bir neçə günə Avropanın 5 ölkəsini işğal edəcəyini düşünən Putin Ukraynada 32 gün ərzində yalnız bir böyük şəhəri - Xersonu ələ keçirib ki, onu da öz nəzarətində saxlamaqda çətinlik çəkir. ABŞ kəşfiyyatının məlumatlarına görə, Rusiya artıq Xersona tam nəzarət edə bilmir. Bu istiqamətdə Ukrayna ordusu uğurlu əks-hücumlar həyata keçirir.

Qeyd edək ki, Polşa Ukrayna ilə müqayisədə daha güclü orduya sahibdir. 2014-cü ildən bu yana Polşa silah arsenalını gücləndirir və ordusunu yüksək səviyyədə hazırlayır.

Leyla Mirzə, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »