Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Zelenski bu şərtləri qəbul etməyəcək.., Qərb ölkələri buna imkan verməz”
"Zelenski bu şərtləri qəbul etməyəcək.., Qərb ölkələri buna imkan verməz”

Rusiya və Ukrayna arasında bu həftə baş tutacaq sülh danışıqlarına saatlar qalmış Ukrayna prezidenti Zelenski diqqətəlayiq açıqlamalar verib.

Bizimyol.info xəbər verir ki, Zelenski açıqlaması zamanı deyib ki, şərtlər yerinə yetirilərsə, Ukrayna neytrallığını elan etmək, NATO-dan imtina etmək və nüvə silahı istehsal etməmək barədə Rusiyanın tələblərini qəbul edə bilər.

Bu qərardan sonra Ukrayna başqa hansı tələbləri qəbul edə bilər?

Siyasi şərhçi Samir Hümbətov Bizimyol.info-nun suallarını cavablandıran zaman bildirib ki, Zelenski lap başda olmasa da sonradan bildirirdi ki, “biz NATO-dan əlimizi üzmüşük. NATO-nun bizə dəstyini görmürük”.

Samir Hümbətov Samir Hümbətov

“Düşünürəm ki, Zelenskinin bu tələbləri qəbul etməsi yeni deyil və o, bir müddətdir ki, bu fikirləri səsləndirirdi.

Zelenskinin özünün şərtləri var və bir müddət əvvəl də açıqlamışdı ki, “burada Almaniya və Türkiyə mənə zəmanət verməlidir və o zaman neytrallığı qoruyub saxlayaram”. Zelensknin bu addımı isə onu göstərir ki, o, Türkiyəyə etibar edib.

Zelenski bu 3 şərti qəbul edə bilər, amma digər şərtləri qəbul edəcəyini düşünmürəm. Məsələn, Rusiya deyir ki, Luqanks, Donetski Ukrayna müstəqil dövlət kimi tanımalıdır. Bu absurd şərtdir. Ukraynanın isə buna gedəcəyini düşünümürəm. Çünki Zelenski bu qədər kobud səhv edə bilməz.

Kırımın Rusiyanın ərazisi kimi tanıması tələbini də düşünmürəm ki, Zelenski qəbul etsin. Çünki bu strateji baxımdan önəmli məsələdir. Zelenski bunu qəbul etmək istəsə belə, Qərb ölkələri buna imkan verməz.

Qoyulan 5 tələbdən 3-nü qəbul edə bilər. Amma qalan iki vacib məsələ çətin ki, qəbul edilər”.

Siyasi şərhçinin sözlərinə görə, münaqişənin yaxın vaxtlarda sona çatacağını gözlənilmir. “Görünür, münaqişə bir müddət də uzanacaq və proseslər uzun müddət davam edəcək”.

Leyla Mirzə, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »