Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kremlin Azərbaycana qarşı təxribatı: “Rusiya belə cavablar almağa öyrəşməyib, pərt olub"
Kremlin Azərbaycana qarşı təxribatı: “Rusiya belə cavablar almağa öyrəşməyib, pərt olub"

“Rusiya Müdafiə Nazirliyinin həqiqəti əks etdirməyən məlumat yayması təəssüfləndirici haldır”.

Bu fikiləri siyasi şərhçi Turan Rzayev Bizimyol.info-ya açıqlaması zamanı bildirib. Onun sözlərinə görə, Rusiyanın belə bir addım atmasının bir neçə səbəbi var.

Turan Rzayev Turan Rzayev

“Onu qeyd edim ki, Fərrux dağı ətrafında baş verən hadisələrdən öncə Azərbaycan və Rusiya müdafiə nazirləri arasında telefon danışığı olmuşdu. Görünür, bu məsələlər ətrafında tərəflər arasında bir ortaq məxrəcə gəlinib. Proseslərin sonrasında isə Rusiya Müdafiə Nazirliyinin belə bir addım atması bizim üçün qəbulediməz olsa da, görünür, bu addımın atılmasına səbəb Ermənistan faktorudur. Çünki Rusiya Ermənistan xalqı üzərində “böyük qardaş” imicini itirmək istəmir və Rusiya yaxşı başa düşür ki, Azərbvaycan Silahlı Qüvvələrinin dislokasiya məntəqələrini müəyyən etməsi, öz ərazilərində irəliləməsi Ermənistan tərəfindən ciddi narahatlıqla qarşılanacaq, orada anti-Rusiya meylliləri daha da güclənəcək. Onsuz da Paşinyan hər fürsətdə Rusiyanı vurur, Qərbə inteqrasiya etmək üçün fürsət gözləyir. Hesab edirəm ki, belə fürsətin ələ keçirilməməsi üçün Rusiya burada balansı qorumağa çalışır”.

Siyasi şərhçinin sözlərinə görə, Rusiya Müdafiə Nazirliyinin bu açıqlamasının digər səbəbi isə onların Azərbaycan tərəfindən belə bir addım gözləməmələri olub. “Rusiya özünü davakar uşaq kimi aparır və qarşı tərəfdən belə cavablar almağa öyrəşməyib. Görünür, bu onları müəyyən mənada pərt edib. Rusiya regiondakı dominant mövqeyinin itməməsi baxımından belə bir açıqlama yayıb.

Üçüncü məsələ isə odur ki, bu, Azərbaycan daxilində çaxnaşma yaratmaq üçün atılan bir addım idi. İnformasiya müharibəsi istiqamətində bu tip addımlar tez-tez atılır. Rusiya yaxşı bilir ki, Azərbaycanda Rusiya saytları oxunur və bəziləri kifayət qədər etibar edilən mənbələr sayılır. Buna görə də belə bir addım atılıb ki, daxildə bu istiqamətdə çaxnaşma yaransın. Təbii ki, bunun üçün bizim içimizdə olan “5-ci kolon” da aktivləşdirilib. Həmin açıqlama sonrasında “5-ci kolon”un nümayəndələri, “siyasi” şəxsləri artıq bunu alət kimi istifadə etməyə başladılar. Göründüyü kimi, informasiya üzərindən atılan bu addımı daxildən də dəstəklədilər. Amma bunun da bir nəcitəsi olmadı. Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumat onu göstərdi ki, rəsmi Bakı atdığı addımdan geri çəkilməyib. Bizim burada geri çəkilmə səbəbimiz də yoxdur. Əksinə, Rusiya burada beynəlxalq hüquqa zidd hərəkət edir. İlk növbədə isə 10 noyabr bəyənatının 4-cü bəndinin icra edilməməsi hazırda bu proseslərin yaranmasına gətirib çıxardıb”.

Siyasi şərhçi bildirir ki, Rusiyanın atdığı bu addım iki ölkə arasında imzalanan müttəfiqlik razılaşmasına da ziddir. Çünki hər iki ölkə öhtəlik götürüb ki, bir-birinin ərazi bütövlüyünə hörmət edib, onu qoruyacaq. Rusiya isə atdığı addımla Azərbaycanın daxili məsələsinə qarışmış olur.

“Çox gülməli görünsə də, Ukraynaya gözü yumulu müharibə elan edən Rusiya Ermənistanla Azərbaycan arasında balans yaratmaq məcburiyyətindədir. Çünki bu regionu özünün arxa bağçası sayan Rusiya yaxşı bilir ki, balans pozularsa, hədəflərdən biri mütləq Qərbin və ya başqa bir gücün yanına yönələcək. Bu isə Rusiya üçün arxadan vurulan zərbə deməkdir.

Azərbaycanın hələlik belə bir niyyəti olmasa da, Ermənistan daha çox buna meyllidir. Biz bunu Paşinyanın bir müddət öncə Fransaya səfərində də gördük. Qərbin Rusiyaya sanksiyaları fonunda Ermənistan özü də bu sanksiyalara dəstək verməkdə maraqlı görünür”.

Siyasi şərhçi sonda vurğulayıb ki, Azərbaycan Müdafiə Nazirliyinin verdiyi açıqlama yerində və doğru idi.

“Düşünürəm ki, bundan sonra da bu proses davam etməlidir. Hətta növbəti mərhələdə Rusiyanın Azərbaycan saytlarına qoyduğu blok məsələsinə də Azərbaycan cavab verməlidir. Ölkədə Sputnik və bu kontekstə olan xəbər saytaları, portallar, kanalların yayımı dayandırılmalıdır”.

Leyla Mirzə, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »