Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Scholz: Almaniya Rusiya yanacağından tezliklə imtina edəcək
Scholz: Almaniya Rusiya yanacağından tezliklə imtina edəcək

Almaniya ən qısa zamanda Rusiyadan kömür və neft tədarükündən tamamilə imtina etməyə çalışır.

Bizimyol.info xəbər verir ki, ötən axşam "ARD" telekanalının efirində Almaniya kansleri Olaf Şolz deyib.

"Almaniyaya gəlincə, Rusiya enerjisindən imtinaya doğru hərəkət kifayət qədər sürətli olacaq. Biz artıq kömür idxalının istiqamətini dəyişmək üçün müəssisələrlə fəal işləyirik, bu, elə bu ilin əvvəlində baş verə bilər. Biz həmçinin başqa tədbilər həyata keçirmək üzərində işləyirik. Məsələn, neft üçün oxşar tədbirlər çox tezliklə həyata keçirilə bilər", - deyə o qeyd edib.

Eyni zamanda, kansler etiraf edib ki, Rusiya Federasiyasından enerji resurslarının idxalına kəskin embarqo tətbiq olunarsa, “çoxlu iş yerləri” təzyiq altında qalmaq məcburiyyəti yaşayacaq: "Doğrudur ənənəvi iş yerləri itirilsə də, dəyişikliklər yeni peşələrin yaranmasına imkan verəcək. Bu eyni məqsədə fərqli səmtdən yanaşma kimi qəbul edilir. Dəyişikliklər çətinlik yaratsa da, dövləti asılılıqdan xilas edəcək. Biz başqa neft istehsalçıları ilə də əlaqələrimizi davam etdirəcək. İxracatçılarla münasitətlərimizə yeni dəyərləndirmələr edə bilərik", - deyə alman kansler bildirib.

Mart ayında Avropa Komissiyası Aİ ölkələrinə Ukraynadakı münaqişə ilə əlaqədar bu ilin sonuna qədər Rusiya qazından asılılığı 67% azaltmaq planını təklif etmişdi.

Qeyd edək ki, bir aydan artıqdır ki, Rusiya heç bir səbəb olmadan Ukrayna ərazisinə qoşun yeridərək ölkənin xeyli hissəsini işğal edib. Dünyanın əksər dövlətləri Rusiyaya qarşı indiyə qədər görünməmiş həcmdə sanksiyalar tətbiq ediblər.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »