Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Rusiya lideri Ukraynada 99,9 faiz gül və gülüşlə qarşılanacağını gözləyirdi" - Zelenski
"Rusiya lideri Ukraynada 99,9 faiz gül və gülüşlə qarşılanacağını gözləyirdi" - Zelenski

Rusiya və Ukrayna arasında bu həftə baş tutacaq sülh danışıqlarına saatlar qalmış Ukrayna prezidenti Zelenski diqqətəlayiq açıqlamalar verib.

Bizimyol.info xəbər verir ki, Zelenski açıqlaması zamanı deyib ki, şərtlər yerinə yetirilərsə, Ukrayna neytrallığını elan etmək, NATO-dan imtina etmək və nüvə silahı istehsal etməmək barədə Rusiyanın tələblərini təsdiqləyə bilər.

Zelenski Rusiya jurnalistlərinə danışaraq deyib ki, şərtlər yerinə yetirilərsə, Moskvanın Ukraynadan Aİ və NATO-ya qoşulmamaq tələbi müsbət qarşılana bilər. “Ölkəmizin təhlükəsizliyinin, neytrallığının və nüvəsiz statusunun təminatını verməyə biz hazırıq. Amma ən əsası odur ki, Rusiya müharibəyə başlayıb”.

Zelenski məqsədinin müharibəni mümkün qədər tez bitirmək və Rusiya qüvvələrinin ələ keçirdikləri yerləri tərk etmələrini təmin etmək olduğunu vurğulayıb.

“Düşünürəm ki, Rusiya lideri Ukraynada 99,9 faiz gül və gülüşlə qarşılanacağını gözləyirdi. Onlar düşünürdülər ki, müharibənin üçüncü və ya dördüncü günündə Kiyevdə qalib gələcəklər”.

Qeyd edək ki, Zelenskinin rusca danışdığı müsahibə Rusiya müşahidə şurası tərəfindən bloklanmağa çalışılıb və jurnalistlərə qarşı istintaqın başlanması da gündəmdədir.

Xatırladaq ki, bir müddət əvvəl Rusiya Ukraynaya müharibəni dayandırmaq üçün tələblər irəli sürmüşdü. Belə ki, Rusiya tələb edirdi ki, Ukrayna NATO-ya üzvlükdən imtina etməli və neytral statusu olmalıdır. Həmçinin, rus dili Ukraynada ikinci dövlət dili olmalı, onu məhdudlaşdıran bütün qanunlar ləğv edilməlidir. Bununla yanaşı, Krım Rusiyanın ərazisi kimi tanınmalıdır. Ukrayna isə qondarma DXR və LXR-in, regionların (hazırda Ukraynanın nəzarətində olan ərazilər də daxil olmaqla) inzibati sərhədləri daxilində müstəqilliklərini tanımalıdır. Həmçinin, “Denasifikasiya”, ultra-millətçi, nasist və neonasist partiyaların və ictimai təşkilatların fəaliyyətinin qadağan edilməsi, nasistlərin və neonasistlərin tərənnümü ilə bağlı mövcud qanunlar ləğv olunmalı, “Ukraynanın demilitarizasiya” edilməlidir. Ukrayna istənilən halda, istənilən növ silahların gətirilməsindən (hücum silahlarından) tamamilə imtina etməlidir.

Leyla Mirzə, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »