Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Putinin səhhəti barədə ekspert rəyi: Bu simptomlar nəyi göstərir?
Putinin səhhəti barədə ekspert rəyi: Bu simptomlar nəyi göstərir?

Fevralın 24-də Rusiya Prezidenti Vladimir Putin suveren Ukrayna dövlətinin ərazisində genişmiqyaslı müharibəyə başlamaq barədə əmr verib. Ölkənin dinc əhalisini öldürmək, eləcə də infrastrukturu, yaşayış binalarını, məktəb və uşaq bağçalarını, xəstəxanaları və doğum evlərini bombalamaq üçün orduya hələ də əmrlər verilir.

Sosial şəbəkələrdə Putinin psixi pozğunluğu barədə ciddi müzakirələr gedir. Çoxları hesab edir ki, adekvat insan öz şəxsi məqsədləri naminə insanların kütləvi qətlinə əmr verə bilməz.

Putinin səhhəti ilə bağlı hansı mülahizələr var?

Bu yaxınlarda Rusiya müxalifətinin lideri, Dövlət Dumasının keçmiş deputatı Dmitri Qudkov Vladimir Putinin səhhətinin 2020-ci ildə pisləşdiyini bildirib. Onun sözlərinə görə, həmin vaxt bunu Putinə yaxın adamlar hiss etməyə başlayıblar. Bununla belə, o əlavə edib ki, müasir tibb remissiyaya (xəstəliyin simptomlar olmadan xroniki mərhələyə keçməsinə) nail ola bilər.

Bundan əlavə, Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov daha əvvəl qeyd etmişdi ki, “Fürer”in psixi durumu qaydasında deyil.

Bu mövzu hətta ABŞ-da keçirilən brifinqdə də müzakirə mövzusu olub. Belə ki, müzakirələr zamanı Putinin psixi durumu ilə bağlı suallar yaranıb, lakin ABŞ Administrasiyasının rəsmiləri mətbuata dəqiq cavablar verməkdən yayınıblar.

Bununla belə, Sovet kəşfiyyatçısı, KQB mayoru və Putinin kurs yoldaşı Yuri Şvets əmindir ki, Rusiya prezidenti xərçəng xəstəsidir. O, bu barədə dəfələrlə danışıb. Həm də deyirlər ki, o, steroidlərlə müalicə alır. Bu müalicənin kənar təsirlərinin də Putində müşahidə olunduğu iddia edilir.

Putinin ruhi vəziyyəti ilə bağlı ekspert rəyi

Putinin psixi durumu hazırda ən çox müzakirə olunan mövzulardan biri olduğundan ekspertlər bu barədə fəal şəkildə şərhlər verirlər.

Birinci kateqoriyalı psixiatr Marina Şeludenko mətbuata açıqlamasında bildirib ki, Putin “paranoid psixopatiya”dan əziyyət çəkir. Qaşqabaqlı görünüş, gərgin alın nahiyəsi, gərgin təbəssüm, üz ifadələrinin olmaması (bu, botoksla bağlı deyil), baş hərəkətlərinin demək olar ki, tamamilə olmaması həmin xəstəliyin simptomlarıdır.

Mütəxəssislər onu da qeyd edirlər ki, Rusiya prezidenti çıxışları zamanı bir-birini təkzib edən çoxlu fikirlər səsləndirir ki, bu da ruhi problemlərdən xəbər verir.

Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »