Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Aİ nümayəndəsi İran XİN başçısının müavini ilə nüvə sazişi danışıqlarını müzakirə edib
Aİ nümayəndəsi İran XİN başçısının müavini ilə nüvə sazişi danışıqlarını müzakirə edib

İranın nüvə sazişi üzrə danışıqların koordinatoru, Avropa İttifaqının (Aİ) xarici siyasət xidmətinin siyasi direktoru Enrike Mora Tehranda İranın xarici işlər nazirinin müavini Əli Baqeri Kani ilə görüşüb.

“Report” xəbər verir ki, bu barədə İSNA agentliyi məlumat yayıb.

Məlumata görə, tərəflər Vyanada nüvə sazişi üzrə aparılan danışıqları, o cümlədən həll olmamış məsələləri müzakirə edib. Eyni zamanda, E.Mora bu mövzuda danışıqların digər iştirakçıları ilə son məsləhətləşmələri barədə məlumat verib.

Qeyd edək ki, Birgə Hərtərəfli Fəaliyyət Planı (BHFP) 2015-ci ildə nüvə proqramı ilə bağlı böhranı həll etmək üçün daimi qrupla İran arasında “beş üstəgəl bir” formatında imzalanıb. ABŞ-ın keçmiş Prezidenti Donald Tramp 2018-ci ildə sazişdən çıxmaq qərarına gəlib. ABŞ administrasiyasının hazırkı rəhbəri Co Bayden isə dəfələrlə ölkəsinin BHFP-yə qayıtmağa hazır olduğuna dair mesajlar verib.

Rusiya, Böyük Britaniya, Almaniya, Çin, Fransa və eləcə də ABŞ BHFP-ni keçən ilin aprelindəki formada bərpa etmək üçün Vyanada İranla danışıqlar aparır.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »