Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bayden Mariupol şəhərini “Metropol” adlandırıb
Bayden Mariupol şəhərini “Metropol” adlandırıb

ABŞ Prezidenti Co Bayden Varşavada çıxışı zamanı Ukraynanın Mariupol şəhərinin adını səhv salıb.

APA xəbər verir ki, o Mariupolu “Metropol” adlandırıb.

“Ukraynanın mərkəzi şəhərlərinə ən azı bir qədər kömək gəlir. Amma Metropola yox... Bağışlayın... Mariupola yox”, - deyə Amerika Prezidenti bildirib.

Amerika lideri həmin çıxışında deyib ki, Qərb ölkələri demokratiya və avtoritarizm arasında uzun mübarizəyə hazırlaşmalıdırlar. Bundan əlavə o, ABŞ qoşunlarının Avropada Rusiya qüvvələri ilə münaqişəyə girməyəcəyini deyib. Bildirlib ki, onların məqsədi NATO müttəfiqlərini qorumaqdır.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »