Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bayden: "Rusiya iqtisadiyyatı indi bir dollar üçün 200 rubl verir"
Bayden: "Rusiya iqtisadiyyatı indi bir dollar üçün 200 rubl verir"

ABŞ prezidenti Co Bayden iddia edir ki, Qərbin sanksiyaları Rusiyada dolların 200 rubla yüksəlməsinə səbəb olub.

Bizimyol.info xəbər verir ki, o, bunu Varşavaya səfəri çərçivəsində Ukrayna ətrafında vəziyyətlə bağlı çıxışı zamanı deyib.

"Bu, bir real həqiqətdir, Rusiya iqtisadiyyatı indi bir dollar üçün 200 rubl verir", - deyə Amerika lideri bildirib. Rusiya isə cavab olaraq bildirib ki, güya Moskva birjasının məlumatına görə, bu gün Rusiya rublu möhkəmlənməkdə davam edib. Dollar 1% ucuzlaşaraq 96 rubla, avro 1,8% ucuzlaşaraq 105 rubla düşüb.

"Rusiya iqtisadiyyatı qarşıdakı illərdə yarıya enmək yolundadır. İşğal başlamazdan əvvəl o, dünyanın 11-ci ən böyük iqtisadiyyatı hesab olunurdu. Tezliklə o, ilk iyirmiliyə belə düşməyəcək", - Bayden iddia etdi.

Baydenin fikrincə, “Qərbin tək impulsda tətbiq etdiyi sanksiyalar” Rusiya iqtisadiyyatına müvafiq təsir göstərməlidir.

Fevralın 24-də Rusiya prezidenti Vladimir Putin Donbass respublikalarının rəhbərlərinin yardım xahişinə cavab olaraq xüsusi hərbi əməliyyat elan edib. O vurğulayıb ki, Moskvanın planlarına Ukrayna ərazilərinin işğalı daxil deyil, məqsədlər ölkənin demilitarizasiyası və denazifikasiyasıdır. Qərb Rusiyanın bu qərarına cavab olaraq ona qarşı irimiqyaslı sanksiyalar tətbiq edir.

Bir sıra Qərb siyasətçiləri etiraf ediblər ki, bu, əslində Rusiyaya qarşı iqtisadi müharibədir. Rusiyanın xarici işlər naziri Sergey Lavrov Qərbin martın 3-də atdığı addımları “müstəqilliyə bir növ vergi” kimi qiymətləndirib. O, əmin olduğunu bildirib ki, “bu isteriya keçəcək” və Ukrayna ətrafında vəziyyətin həlli yolu tapılacaq.

Qadir, Bizimyol.info 

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »