Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Volodin: "Bayden zəif, xəstə və bədbəxtdir"
Volodin: "Bayden zəif, xəstə və bədbəxtdir"

Rusiya Federasiyası Dövlət Dumasının sədri Vyaçeslav Volodin ABŞ prezidenti Co Baydenin Vladimir Putini “qəssab” adlandıran sözlərinə reaksiya verib.

Bizimyol.info xəbər verir ki, V.Volodin bu barədə "Telegram"da yazıb.

“Bayden zəifdir, xəstədir və bədbəxtdir. Birləşmiş Ştatların prezidenti növbəti dəfə prezidentimiz haqqında qeyri-diplomatik bəyanatla çıxış etdi.

Mən bu haqda əvvəllər danışmışam, indi də təkrar edirəm: yalnız zəif və ya xəstə insan özünü belə apara bilər.

ABŞ vətəndaşları öz prezidentlərindən utanmalıdırlar. Bəlkə o həqiqətən xəstəlikdə əziyyət çəkir. Baydenin tibbi müayinədən keçməsi düzgün olardı. O, bədbəxt adamdır. Baydenin sözləri iktidarsızlıqdan isterikdir”, - deyə Volodin qeyd edib.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »