Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ukrayna əraziləri geri qaytarır: "Rusiya Xersona nəzarəti itirib" - Pentaqon
Ukrayna əraziləri geri qaytarır: "Rusiya Xersona nəzarəti itirib" - Pentaqon

Hazırda Ukrayna ordusu Xersonda şiddətli döyüşlər aparır. Rusiya işğalçıları artıq Ukraynanın Xerson şəhərinə nəzarət etmirlər. Bu barədə “New York Times” nəşri Pentaqona istinadən yazıb.

Xatırladaq ki, fevralın 24-də genişmiqyaslı işğal başlayandan sonra Rusiyanın ələ keçirdiyi ilk və hələlik yeganə böyük şəhər məhz Xersondur.

Pentaqonun yüksək rütbəli rəsmisinin sözlərinə görə, Rusiya qüvvələri artıq Xersona tam nəzarət edə bilmir. Şəhərdə ukraynalı döyüşçülər şiddətli döyüşlər aparırlar. “Ukrayna qüvvələri indi Xersonda şiddətli döyüşlər aparır və oradakı Rusiya işğalçılarını geri oturdur, strateji əhəmiyyətli liman şəhəri növbəti dəfə “mübahisəli ərazi”yə çevrilir”,- deyə ABŞ-ın hərbi yetkilisi bildirib.

Qeyd etmək lazımdır ki, Ukraynanın Xersonu geri qaytarmaq istiqamətində əldə edəcəyi istənilən uğur Putininin müharibə səylərinə çox böyük zərbə olacaq. Bəlkə də bu, müharibənin dönüş nöqtəsinə çevriləcək və Rusiya ordusunda özünə inamı birdəfəlik məhv edəcək.

Bu, həmçinin Rusiyanın Krım və Dnestryanıya quru dəhlizin təhlükəsizliyini təmin etmək üçün Ukraynanın Qara dəniz sahilinə və Odessa limanına nəzarəti ələ keçirmək planlarını həyata keçirməsini çətinləşdirəcək.

Bundan əvvəl, Ukrayna Prezident Aparatı rəhbərinin müşaviri Aleksey Arestoviç martın 25-də keçirdiyi brifinqdə demişdi ki , düşmən Xerson istiqamətində hərbi cəhətdən zəifləyir. Bir gün əvvəl Rusiya 49-cu ordusunun komandanı, general Yakov Ryazantsev də məhz Xerson uğurunda döyüşlərdə məhv edilib.

Arestoviçin sözlərinə görə, Nikolayev rayonu düşmən qüvvələrindən demək olar ki, tamamilə təmizlənib. Ona görə də indi Xerson vilayətində düşmən müdafiəyə keçib.

Xatırladaq ki, bir neçə gün əvvəl Ukrayna ordusu Bayraktar TB-2 dronları və artilleriyadan istifadə etməklə Xerson hava limanına hücum etmişdi. Hücum nəticəsində Rusiya tərəfi çoxlu helikopter, təyyarə və başqa hərbi texnika itirmişdi. Ukrayna tərəfi sistemli şəkildə Xersonu geri qaytarmaq üçün əks-hücum planını həyata keçirir.

Son olaraq Ukrayna Müdafiə Nazirliyi “Xersonun azad olunmasına bir addım qaldığını” açıqlayıb.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »