Şəhər meri təfərrüatları dəqiqləşdirməyib və vətəndaşları zərbə yerindən foto və videoları yaymamağa və sığınacaqlarda qalmağa çağırıb.
Bizimyol.info xəbər verir ki, bu barədə Lvov şəhərinin meri Andrey Sadovı bildirib.
"Rus işğalçıları artıq Lvova çatıb. Onhar hazırda Lvova raket zərbələri endiriblər. Biz hərbi administrasiyadan məlumat gözləyirik", - o deyib.
Sadovoy vətəndaşları mümkün olduqca zərbə yerindən çox foto və videoları çəkib yaymamağa və öz təhlükəsizliklərini qorumaq üçün sığınacaqlarda qalmamağa çağırıb.
Sosial şəbəkələrdə şəhər sakinləri bir neçə partlayış səsi eşitdiklərini bildirirlər.
Eyni zamanda, Lvov vilayət hərbi idarəsinin sədri Maksim Kozitski qeyd edib ki, saat 16:30 radələrində Lvov yaxınlığında Krıvçitsı istiqamətindən üç güclü partlayış olub.
"İndi hava hücumu xəbərdarlığı var, ona görə də hamı sakit olun və sığınacaqlarda qalın. Zərbənin baş verdiyi yerləri elan etməyin və şəkil çəkdirməyin", - o, çağırıb.
UNİAN-ın daha əvvəl xəbər verdiyi kimi, martın 13-nə keçən gecə Rusiya “Yavorovski hərbi poliqonu” kimi tanınan Beynəlxalq Sülhməramlı və Təhlükəsizlik Mərkəzinin ərazisini raketlərlə atəşə tutub. Atışma nəticəsində 35 nəfər həlak olub, daha 134 nəfər yaralanıb.
Hava hücumu Qara və Azov dənizlərinin sularından endirilib. Təyyarələr Saratov hava limanında qaldırılıb. Ümumilikdə rus işğalçıları 30-dan çox raket atıblar. Ukraynanın hava hücumundan müdafiə sistemi işləyirdi. Raketlərin bəziləri havada vurulub.
Qadir, Bizimyol.info