Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Baydenin Putini "qəssab" adlandırması Peskovu qəzəbləndirib
Baydenin Putini "qəssab" adlandırması Peskovu qəzəbləndirib

Kremlin sözçüsü Dmitri Peskov ABŞ prezidenti Co Baydenin rusiyalı həmkarı Vladimir Putinlə bağlı sözlərinə münasibət bildirib.

Bizimyol.info xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

"Biz düşünürük ki, dövlət rəhbəri hər zaman ayıq qalmalıdır. Və təbii ki, hər dəfə bu cür şəxsi təhqirlər ABŞ-ın hazırkı administrasiyası ilə qurmaq istədiyimiz ikitərəfli münasibətlər üçün imkan pəncərəsini daraldır. Hər kəs bu barədə düşünməlidir", - deyə Peskov vurğulayıb.

Dmitri Peskov Dmitri Peskov

Peskov Putinə qarşı ittihamların Yuqoslaviyanı bombalamağa çağıran Baydendən gəlməsinə təəccübləndiyini deyib.

"Axı bu, vaxtilə öz ölkəsində televiziya ilə çıxış edərək Yuqoslaviyanı bombalamağı tələb edən adamdır. Daha doğrusu, Yuqoslaviyanı bombalamaqla oradakı insanları öldürməyi tələb edirdi",- deyə Kreml sözçüsü bildirib.

"Ona görə də, təbii ki, onun dodaqlarından belə şeylər eşitmək ən azı qəribədir",- Peskov vurğulayıb.

Xatırladaq ki, Bayden Varşavada ukraynalı qaçqınlarla görüşdə Putini qəssab adlandırmışdı.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »