Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qərbin dilindən düşməyən “Dağlıq Qarabağ”, “Stepanakert” ifadələri: Bakı bunu etməlidir!
Qərbin dilindən düşməyən “Dağlıq Qarabağ”, “Stepanakert” ifadələri: Bakı bunu etməlidir!

“44 günlük müharibə ilə Azərbaycan regionda siyasi reallığı əsaslı surətdə dəyişib. “Ermənistanla Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsi” faktiki olaraq artıq yoxdur. 10 noyabr bəyanatı ilə münaqişənin bitdiyi rəsmi şəkildə elan edilib. Bununla belə, bəzi mübahisəli məsələlər hələ də qalmaqdadır. Həllini gözləyən məsələləri münaqişə qalıqları olaraq ümumi təsnif etmək olar”.

Bu barədə Bizimyol.info xəbər portalına politoloq Turan Rzayev danışıb. O, qeyd edib ki bir qrup ölkə və beynəlxalq təşkilat əvvəlki kimi açıqlamalarında və bəyanatlarında “Dağlıq Qarabağ”, hətta Xankəndi ilə paralel Stepanakert ifadəsini işlədirlər. Misal üçün Avropa İttifaqı Xankəndidə qaz təchizatının yenidən kəsilməsindən narahatlığını dilə gətirən bəyanatında Xankəndi ilə yanaşı, şəhərin adını “Stepanakert” olaraq da qeyd edib. Digər bir nümunə də ötən gün ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbərinin müavini Calina Porterin KİV nümayəndələri ilə görüşü zamanı Azərbaycanın Qarabağ bölgəsi ilə bağlı səsləndirdiyi fikirlə Dağlıq Qarabağ ifadəsindən istifadə etməsidir:

Turan Rzayev Turan Rzayev

“Başda Xanım Calina Porterin olmaqla, saxta erməni təbliğatının təsirində olan bütün şəxslər anlamalıdır ki, Azərbaycan 27 ildən artıq Ermənistanın işğalında qalan ərazilərini beynəlxalq hüquq əsasında azad edib. Bu həm də BMT TŞ qətnamələrinin icrası deməkdir. Digər tərəfdən dünyanın əksər ölkələri Azərbaycan ərazi bütövlüyünü tanıyır. Elə xanım Porterin ölkəsi ABŞ da.

Hazırda “Dağlıq Qarabağ” anlayışı mövcud deyil. Azərbaycanın tərkib hissəsi olan Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonları mövcuddur. Bunun xaricində hələ də “Dağlıq Qarabağ” və ya “Stepanakert” ifadələrindən istifadə həm beynəlxalq hüququn pozulması, həm də Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik deməkdir.

Azərbaycan öz suveren ərazilərində istənilən işi görə bilər. Buna üçüncü bir ölkənin bu və ya başqa formada açıqlama verməsi rəsmi Bakının daxili işinə qarışmaq deməkdir”.

Politoloq hesab edir ki, məsələ ilə bağlı Azərbaycanın xarici ölkələrdəki səfirlikləri, xidmət etdikləri ölkələrin rəsmiləri, media nümayəndələri, politoloqları və s. şəxsləri ilə intensiv təmaslar həyata keçirməli, beləcə 44 günlük müharibə sonrası regionda dəyişən reallıqları dünya miqyasında qəbul etdirməlidir. Xüsusi ilə də çalışdıqları ölkələrin rəsmi strukturlarına və mediasına bu haqda açıqlama göndərməkdən yorulmamalıdırlar. Ermənistan,faktiki olaraq bu işi illərdir görür və erməni yalanlarını “reallıq” olaraq qəbul etdirə bilir: “Ermənistanın haray-həşiri qarşılığında fəallığımızı artırmalıyıq”.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »