Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qara dənizə atılan minalar axınla İstanbul Boğazına gəlib - Video
Qara dənizə atılan minalar axınla İstanbul Boğazına gəlib - Video

Boğazın Qara dəniz girişində yad cisim aşkarlanıb.

Bizimyol.info xəbər verir ki, Türkiyə mətbuatı məlumat verib.

Milli Müdafiə Nazirliyi (MMN) bildirir ki, Bosfor boğazında ticarət gəmisi tərəfindən aşkar edilən minaya bənzər obyekt mütəxəssislərin müdaxiləsi ilə zərərsiz hala gətirilib. Nazirliyin sosial media hesabındakı paylaşımda, "səhər saatlarında mülki ticarət gəmisinin Boğaziçi dənizində minaya bənzər obyekt aşkar etməsi nəticəsində Sualtı Müdafiə Qrupları (SMQ) təcili olaraq hadisə yerinə gəliblər. Araşdırmalara helikopterlər də dəstək verir", - deyə qeyd edilir. Bildirilir ki, minaya bənzər obyekt SMQ qrupları tərəfindən mühafizə edilərək zərərsizləşdiriləcək.

Araşdırma səbəbiylə Boğaziçi iki istiqamətli gəmilərin hərəkətinə bağlanıldı.

Bir aydan artıqdır davam edən Rusiya-Ukrayna müharibəsində Ukraynanın Odessadan gələn Rusiya hərbi gəmilərini dayandırmaq üçün Qara dənizə buraxdığı iddia edilən minaların fırtına nəticəsində lövbərlərindən çıxarıldığı bildirilib.

Rusiya Federal Təhlükəsizlik Xidmətinin Qara dənizdə 420 minanın üzdüyü barədə açıqlaması narahatlıq yaradıb.

Təhlükəsizlik mənbələrindən alınan məlumata görə, mina Rusiya istehsalıdır, lakin bu, onun Rusiya ordusuna aid olması demək deyil. Ukraynada çoxlu rus silahlarının olduğu məlumdur. Digər tərəfdən, minanın gəmini batırmağa qadir olacaq gücdə partlayış yarada biləcəyi məlum olub.

Bundan əvvəl Doğan agentliyi balıqçılar tərəfindən minaya bənzər obyektin aşkar edildiyi barədə də məlumat vermişdi.

Ekspertlərin sözlərinə görə, “sualtı avtomatik partlayıcı minaların salınması haqqında” Konvensiyaya uyğun olaraq, minalardan azad edildikdən sonra təhlükəsizliyi təmin edilməyən lövbərlənmiş, avtomatik partlayıcı minaların döşənməsi qadağandır.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »