Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Putin Ukraynada döyüşənlərin veteran statusu haqqında qanun imzalayıb
Putin Ukraynada döyüşənlərin veteran statusu haqqında qanun imzalayıb

Rusiya prezidenti Vladimir Putin Ukraynada qarşı aparılan müharibədə iştirak edənlərin döyüş veteranı kimi tanınması haqqında qanun imzalayıb.

Bizimyol.info xəbər verir ki, sənəd hüquqi informasiyanın rəsmi portalında dərc olunub.

Dünən qanun Dövlət Duması tərəfindən mazakirə edilərək yekdilliklə qəbul edilib və Federasiya Şurası tərəfindən təsdiqlənib. Bu təşəbbüs çərşənbə axşamı parlamentin aşağı palatasına Federasiya Şurasının birinci vitse-spikeri, Partiya Baş Şurasının katibi Andrey Turçakın rəhbərlik etdiyi “Vahid Rusiya” fraksiyasının deputatları və “Vahid Rusiya” senatorları tərəfindən təqdim edilib.

Turçakın daha əvvəl qeyd etdiyi kimi, xüsusi əməliyyatın iştirakçıları Əfqanıstan, Suriya və digər qaynar nöqtələrin veteranlarının istifadə etdiyi sosial müdafiə sisteminə çıxış əldə edəcəklər: "Bunlar "dövlətdən əlavə ödənişlər, vergilərin ödənilməsində və mənzil-kommunal xidmətlərin ödənilməsində güzəştlər, nəqliyyatda güzəştli səyahətlər, sanatoriya, tibbi xidmət və daha çox sosial xidmətlərlə əhatə ediləcək", - o qeyd edib.

Fevralın 24-də Putin Donbass respublikalarının rəhbərlərinin yardım xahişinə cavab olaraq Ukraynada xüsusi hərbi əməliyyat elan edib. O vurğulayıb ki, Moskvanın planlarına Ukrayna ərazilərinin işğalı daxil deyil, məqsədlər ölkənin demilitarizasiyası və denazifikasiyasıdır.

Qeyd edək ki, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının “Facebook” səhifəsində verdiyi məlumatda bildirir ki, müharibə başlayandan bəri 16,4 mindən çox rus əsgəri məhv edib. Yaralananlar sayının bundan iki dəfə artıq olduğu qeyd edilir. Ukrayna Baş Qərargahı müqaisı üçün bildirib ki, Rusiya on il ərzində Əfqaıstanda apardığı müharibədə verdiyi itkilərdən daha çox itki verib. Yaralıların sayı da Əfqanıstanda olduğundan artıqdır. Bu da o deməkdir ki, bundan sonra Rusiyada Ukrayna veteranları çoxluq təşkil edəcək. Müharibə hələ davam edir.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »