Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya Xersona nəzarəti itirir
Rusiya Xersona nəzarəti itirir

ABŞ Müdafiə Nazirliyinin səlahiyyətli nümayəndəsi, Rusiyanın Ukraynanın Xerson şəhərindəki nəzarətini qismən itirdiyini və bəzi bölgələrdə Ukrayna qüvvələri tərəfindən nəzarətin böyüdüyünü qeyd edib.

Bizimyol.info xəbər verir ki, adı açıqlanmayan Pentaqonun səlahiyyətli nümayəndəsi media nümayəndələrinə açıqlamasında bildirib ki, Rusiya Ukraynada nəzarəti altına aldığı ilk şəhər Xersonda bəzi yerlərdə tərəflər arasında döyüşlər yenidən güclənib. O, Rusiyanın artıq Xerson şəhərinə bütün nəzarətin Rusiyada olmadığını qeyd edərək, bildirib ki, “Daha əvvəl Rusiya nəzarətində olan ərazilərdə hazırda müqavimətin ortaya çıxdığını görürük. Xersonun kimin nəzarətində olduğunu deyə jilmərik. Ancaq əvvəlkindən fərqli olaraq tamamilə rusların nəzarətində olmadığı bəllidir”.

ABŞ nümayəndəsinin fikirləri, Rusiya və Ukrayna tərəfindən təsdiq edilməsə də, Vaşinqtonun Xersondakı vəziyyəti yaxından izlədiyi müşahidə edilir.

Xatırladaq ki, ötən həftə Moskva Xersonda Rus qüvvələrini nəzarəti tamamilə əlinə aldığını bildirmişdi.

Tərcümə: İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »