Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Britaniya kəşfiyyatı: Rusiya Ukrayna şəhərlərini havadan xaotik bombardman edir
Britaniya kəşfiyyatı: Rusiya Ukrayna şəhərlərini havadan xaotik bombardman edir

Rusiya Ukraynanın bir sıra iri şəhərlərini, o cümlədən Xarkov, Çerniqov və Mariupolu mühasirəyə almaqda davam edir.

Bizimyol.info xəbər verir ki, bu barədə Britaniya kəşfiyyatının məlumatında deyilir.

Rusiya qüvvələri geniş miqyaslı şəhər piyada əməliyyatlarında iştirak etmək istəmədiklərini nümayiş etdirdilər. Müdafiə qüvvələrini ruhdan salmaq üçün hava və artilleriya bombardmanından şəhərlərə, yaşayış məskənlərinə fərq qoymadan istifadə etməyə üstünlük verdilər.

Kəşfiyyat bildirir ki, Rusiyanın yaşayış məskənlərini və xüsusilə şəhərləri  güclü atəşə tutmaqla daha çox insan qırğınına nail olmaq istəyir. Kəşfiyyat bunu onunla əsaslandırır ki, Rusiya anlamsız səbərdən başladığı işğal onun üçün planlaşdırılandan daha  böyük itlərlə nəticələnib. Onlar qarşı tərəfdən ölənlərin sayının artıq olmasını istəyirlər ki, ictimai rəydə rəqəmlərlə manipulyasiya edə bilsin.

Bundan əvvəl Pentaqon Kiyevə hücumda uğursuzluğa düçar olmuş işğalçıların taktiki məqsədinin dəyişdirildiyini bildirmişdi. İndi ruslar bütün diqqətini regionda yerləşən Ukrayna hərbçilərinin kordonu ilə Donbası ələ keçirməyə yönəldəcək.

Kreml danışıqlarda bundan Ukraynaya təzyiq rıçaqı kimi istifadə etməyə çalışacaq.

Eyni zamanda, martın 25-də Ukrayna Silahlı Qüvvələri Baş Qərargahın xülasəsinə əsasən, rusların Donetsk və Luqansk istiqamətində bütün hücumlarını dəf edə bilib. Mariupolda vəziyyət ağırdır. Gün ərzində 170-ə yaxın düşmən əsgərinin məhv edildiyi bildirilir.

Baş Qərargah Rusiyanın tez bir zamanda Ukraynaya köçürdüyü ehtiyat kadrların keyfiyyətinə şübhə ilə yanaşır. Komandanlığa əsasən, Rusiya Federasiyasında yaz hərbi xidmətə çağırış zamanı çətinliklər yarana bilər.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »