Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Daha bir ölkə Putinin "rubl tələbi"ni rədd etdi: "Yeni qaz mənbələri tapacağıq"
Daha bir ölkə Putinin "rubl tələbi"ni rədd etdi: "Yeni qaz mənbələri tapacağıq"

"Rusiya qazı müqavilələrdə razılaşdırılmış valyuta ilə ödənilməlidir".

Bizimyol.info xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron Aİ sammitindən sonra açıqlama verərkən deyib.

O hesab edir ki, Rusiya qazının rublla ödənilməsi tələbi müqavilələrə uyğun deyil. Fransa lideri əlavə edib ki, “söhbət avrodan gedir”.

Eyni zamanda Makron qeyd edib ki, Avropa İttifaqının prioritetlərindən biri qazın qiymətinin aşağı salınmasıdır. "Avropa ölkələri özlərini həqiqətən qorumaq üçün qazın qiymətində azalmaya nail olmalı və Rusiyadan başqa yeni qaz mənbələri tapacağıq. Biz ailələri, kiçik və orta müəssisələri qaz qiymətlərinin qalxmasından qoruyacağıq",- deyə Fransa lideri bildirib.

Vladimir Putin, Emmanuel Makron Vladimir Putin, Emmanuel Makron

Makron bildirib ki, gələcəkdə Avropa Komissiyası Aİ ölkələri üçün qazın mərkəzləşdirilmiş qaydada alınması səlahiyyətinə malik ola bilər. “Qrup alışları, uzunmüddətli müqavilələri birgə müəyyən etmək bacarığı qazımızın qiymətini azaltmaq üçün ən yaxşı vasitədir. Buna görə də Avropa Komissiyası birgə qaz alışı üçün mandat alacaq”, – deyə Makron bildirib.

Onun sözlərinə görə, tədarük üçün "artıq müqavilələri olan şirkətləri birləşdirəcək" və başqa şeylərlə yanaşı, yeni təchizatçılar axtaracaq. O, bu sxemi koronavirus vaksinləri üçün qrup satınalma mexanizmi ilə müqayisə etdi. Eyni zamanda, prezident Aİ ölkələrinin “qeyri-Avropa ölkələrindən daha az asılı olması” fikrini irəli sürüb. "Bu, Avropanın təhlükəsizliyinin təmin edilməsi baxımından üstünlük olar",- o qeyd edib.

"Bizim ümumi məqsədimiz qalıq yanacaqlardan asılılığı azaltmaq olmalıdır. Lakin daha qısa müddətdə Rusiyadan yanacaq tədarükündən asılılığı azaltmaqdır. Ən yaxın zamanda Rusiya tədarükündən asılılığı azaltmaq lazımdır", - Makron bildirib..

Fransa lideri qeyd edib ki, çox qısa müddətdə Avropa qaz qıtlığı ilə üzləşməyəcək, lakin bu, hələ gələn qışda baş verə bilər. O, bununla bağlı bildirib ki, Aİ ölkələri bu istiqamətdə səyləri əlaqələndirərək, anbarları maksimum dərəcədə doldurmaq, uzunmüddətli müqavilələr bağlamaq barədə razılığa gəliblər.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Rusiya təbii qaz tədarükünə görə dollar və avro ilə ödənişləri qəbul etməkdən imtina edəcək və rublla ödənişlərə keçəcək.

Olaf Şolz və Vladimir Putin Olaf Şolz və Vladimir Putin

Xatırladaq ki, dünən Almaniya kansleri Olaf Şolz da bildirmişdi ki, onların qaza görə ödənişi Rusiya rublu ilə etmək fikirləri yoxdur, çünki bütün müqavilələrdə ödəniş vasitəsi olaraq dollar və avro göstərilib.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »