Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Putin ən böyük pul mənbəyini itirir: Qərb Rusiya qazından tam imtinaya hazırlaşır
Putin ən böyük pul mənbəyini itirir: Qərb Rusiya qazından tam imtinaya hazırlaşır

Rusiyanın Qərb ölkələrini qaz təchizatı ilə hədələməsi əks-effekt verib. Rusiya qazı rublla satacağını elan etməklə Qərbin geriyə addım atacağını düşünürdü, amma əksinə, ABŞ və Avropa birləşərək Rusiya qazından yaxa qurtarmaq qərarına gəliblər. Kremlin “rubl” hədəsi bir daha Qərbə göstərib ki, qaz asılılığı birdəfəlik aradan qaldırılmalıdır.

Beləliklə, ABŞ və Avropa Komissiyası Avropanın Rusiya qazından asılılığını azaltmaq üçün İşçi Qrupun yaradıldığını elan edib. Onun vəzifələri arasında Ukraynanın enerji təhlükəsizliyi də var.

"Bu Enerji Təhlükəsizliyi İşçi Qrupuna Ağ Evin nümayəndəsi və Avropa Komissiyası prezidentinin nümayəndəsi rəhbərlik edəcək. O, növbəti qışa hazırlıq zamanı Ukrayna və Aİ-nin enerji təhlükəsizliyini təmin etmək üçün çalışacaq. Aİ-nin məqsədi Rusiyanın enerjidaşıyıcılarından asılılığa son qoymaqdır”,- deyə Ağ Evin açıqlamasında bildirilir.

İşçi Qrupun vəzifələri aşağıdakılardır:

- iqlim məqsədlərinə uyğun olaraq maye qazın tədarükünün şaxələndirilməsi;

- təbii qaza tələbatın azaldılması

“Birləşmiş Ştatlar beynəlxalq tərəfdaşlarla işləyəcək və 2022-ci ildə Aİ bazarına ən azı 15 milyard kubmetr əlavə maye qaz təmin etməyi hədəfləyəcək, bundan əlavə də artım gözlənilir”,- deyə açıqlamada bildirlir.

Avropa Komissiyası təchizat və saxlanmanın enerji təhlükəsizliyi üçün yenilənmiş normativ baza hazırlayacaq və idxal infrastrukturunun təsdiqini nəzərdən keçirmək və müəyyən etmək üçün tənzimləmə prosedurlarını sürətləndirəcək.

Xatırladaq ki, martın 15-də Avropa İttifaqı Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib . Onlar 90-a yaxın Rusiya şirkətinə, o cümlədən neft-qaz şirkətlərinə təsir edib, lakin neft və qaz almağa icazə verilir. Siyahıdakı digər şirkətlər üçün məhdudiyyətlər ikili təyinatlı malların və texnologiyaların birbaşa və ya dolayı satışı, tədarükü, ötürülməsi və ya ixracının qadağan edilməsi ilə bağlıdır.

Rusiya Avropaya təzyiq etmək üçün qazın yalnız rublla satılacağını bildirmişdi. Halbuki müqavilədə ödəniş vasitəsi olaraq ABŞ dolları və avro göstərilib.

Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »