Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Putin Çubaysı vəzifəsindən azad etdi
Putin Çubaysı vəzifəsindən azad etdi

Rusiya Prezidenti Vladimir Putin Anatoli Çubaysın dövlət başçısının davamlı inkişaf üzrə xüsusi nümayəndəsi vəzifəsindən azad edilməsi haqqında fərman imzalayıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov açıqlayıb.

“Prezident Anatoli Çubaysın vəzifəsindən azad edilməsi barədə fərman imzaladı”, - deyə Peskov bildirib.

Qeyd edək ki, martın 23-ü Qərb mediası öz mənbələrinə istinadən A.Çubaysın öz vəzifəsindən istefa verərək, Rusiyanı tərk etdiyini yazıb. Bildirilib ki, buna səbəb Çubaysın Rusiyanın Ukraynadakı hərbi əməliyyatı ilə razılaşmaması olub.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »