Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Putinin sevgilisi olduğu deyilən idmançını Avropadan qovmaq istəyirlər - Foto
Putinin sevgilisi olduğu deyilən idmançını Avropadan qovmaq istəyirlər - Foto

Qərb mediasında Rusiya Prezidenti Vladimir Putinin sevgilisi, bir sıra hallarda hətta ikinci həyat yoldaşı kimi təqdim olunan Alina Kabayeva Ukraynaya hücumdan sonra İsveçrə dağlarına çəkilmişdi. Deyəsən, olimpiya çempionu Avropada qala bilməyəcək. Çünki onu İsveçrədən qovmaq istəyirlər.

Bizimyol.info xəbər verir ki, Avropa ölkəsində Alina Kabayevanın deportasiya tələbi ilə bağlı imza toplanır. İndiyə qədər İsveçrənin 63 mindən çox vətəndaşı məsələyə qol qoyub. Avropa dövlətində hökumət etirazçıların tələbini yerinə yetirmək qərarına gəlsə, Kabayeva ya Rusiyaya qayıtmalı, ya da 4 uşaqla daha uzağa üz tutmalıdır.

İsveçrədə imzatoplama kampaniyasının iştirakçıları keçmiş gimnastın geri göndərilməsinin tərəfdarıdır. “Yeva Braunun Adolf Hitlerə qovuşmasının zamanı gəldi”, - bu ifadə yüksək səslə deyilməyə başlanılıb. Müharibə günlərində Putin Almaniyanın İkinci Dünya Müharibəsindəki lideri kimi davranmaqda ittiham olunur. Elə buna görə Hitlerin sevgilisi, ölümündən əvvəl nikah bağladığı Yeva Braunun adı xüsusi vurğulanır.

Putinlə Kabayevanın hələ də rəsmi nikahı yoxdur. Onların arasında ciddi münasibətin olması haqda ilk dəfə 2008-ci ilin aprelində “Moskovskiy Korrespondent” yazmışdı. “Der Spiegel”, “Stern”, “Die Welt”, “Die Presse” dərhal bununla bağlı materiallar hazırlamışdı. Kabayeva da, Putin də yazılanlara reaksiya bildirmişdi. Gimnastın mətbuat katibi Rusiya qəzetindən təkzib tələb edəcəklərini demişdi. Putin isə həmin məqalədə doğru bir sözün belə olmadığını dilə gətirmişdi.

Rusiya müxalifətinin sonradan qətlə yetirilmiş lideri Boris Nemtsov hələ o vaxtlar ortaya sübut qoymağa çalışmışdı. Müxalifətçinin təqdim etdiyi sənəddə Kabayevanın Putinin şəxsi təyyarəsindən istifadə etdiyi əksini tapmışdı. Prezidentlə adı yanaşı çəkilən idmançı bütün müsahibələrində şəxsi suallardan qaçmağa çalışır.

Vladimir Putin və Alina Kabayeva Vladimir Putin və Alina Kabayeva

Alina Kabayeva həm də Rysiyanın ən varlı qadınlarından sayılır. 2013-cü ildə “Açıq media” layihəsi gimnastın və onun yaxınlarının ümumi sərvətinin 200 milyon dollar civarında olduğunu açıqlamışdı. Ekspertlər hətta milyardlardan danışmağın mümkünlüyünü qeyd edir.

Aytən, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »