Ukrayna və Rusiya arasında aparılan danışıqlarda irəliləyiş var, onalr altı bənddən dördü üzrə konsensus əldə etmək üzərədirlər.
Bizimyol.info xəbər verir ki, “Anadolu” agentliyi xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun növbədənkənar sammitində iştirak etdiyi Brüsseldən qayıdarkən jurnalistlərə açıqlamasında deyib.
“Düşünürəm ki, danışıqlarda dörd bənd üzrə konsensus var. Birinci məqam Ukraynanın NATO-ya daxil olması ilə bağlıdır. Əvvəlcə Ukrayna Alyansa üzv olmaqda israr etdi, lakin sonradan Ukrayna Prezidenti Vladimir Zelenski imtinanın mümkünlüyü barədə danışmağa başladı. Digər bir məqam isə Ukraynada rus dilinin rəsmi dil kimi qəbul edilməsi ilə bağlıdır. Zelenski bununla da razılaşıb. Rus dili artıq demək olar ki, bütün Ukraynada danışılır. Bununla bağlı heç bir problem yoxdur”,- deyə dövlət başçısı qeyd edib.
Türkiyə liderinin sözlərinə görə, münaqişə tərəflərinin müzakirə etdiyi digər mühüm mövzu Ukraynanın demilitarizasiyası ilə bağlıdır.
“Əlbəttə, Ukrayna bir dövlətdir, ona görə də A-dan Z-yə tərksilahın qəbul edilməsindən söhbət gedə bilməz. Amma bu məsələdə də aydın olmayan məqamlar yoxdur. Yəni Ukrayna tərəfi bu məsələdə də müəyyən güzəştlərə gedə biləcəyini bəyan edib. Danışıqların dördüncü bəndi kollektiv təhlükəsizliklə bağlıdır. Ukrayna bu məsələyə də müsbət yanaşma nümayiş etdirib”,- deyə Ərdoğan bildirib.
Bununla belə, prezidentin sözlərinə görə, Krım və Donbass məsələsində hələ də konsensus yoxdur. Nəticədə Zelenski Donbassla bağlı referendumun keçirilməsini təklif edib, Ərdoğan bu baxımdan Ukrayna dövlətinin başçısının müdrikliyini və liderlik keyfiyyətlərini qeyd edib.
Krıma gəlincə, Türkiyə əvvəldən açıq və aşkar şəkildə yarımadanın işğalına qarşı çıxıb",- deyə Ərdoğan bildirib.
Qadir, Bizimyol.info