Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Şəhəri ruslara təslim edən merin qızına işgəncə verildiyi iddia olunur
Şəhəri ruslara təslim edən merin qızına işgəncə verildiyi iddia olunur

Rusiya digər ölkələrin parlamentlərinə Ukraynada işgəncə haqqında materiallar göndərəcək.

Bizimyol.info xəbər verir ki, Dövlət Dumasının spikeri Vyaçeslav Volodin, Kupyansk şəhərinin merinin qızının oğurlanmasını "terrorizm" adlandırıb. Rusiya parlamentinin sədri sosial şəbəkə hesabında Knessetin və Fransa parlamentinin deputatlarına Kupyansk merinin videomüraciətinə, Ukrayna şəhərindən olan kadrlara baxmağı məsləhət görüb.

Xatrladaq ki, bir üddət əvvəl Kupyansk meri Gennadi Matsegoranın qızının oğurlandığı qeyd edilmişdi. 20 yaşlı qızın qaçırılmasının səbəbi şəhərin rus hərbçilərinə döyüşsüz təslim edilməsidir. Mer, bu qərarı dinc əhali arasında qurbanların olmaması üçün verildiyini deyir. Qızının oğurlanması baş verəndən sonra mer, Ukrayna Prezidenti Vladimir Zelenskiyə videomüraciət yazıb. O, qızının azadlığa buraxılmasını xahiş edir. Mer deyir ki, əgər onun övladına bir şey olsa, şəxsən prezidenti günahkar sayacaq.

Volodin, baş verənləri "dəhşətli vəziyyət" adlandırıb və neonasist ideologiyasının hakimiyyət orqanlarına zərbə vurduğunu bildirib. Volodin, Ukraynada vətəndaşların işgəncə faktları ilə bağlı materialların Avropa ölkələrinin milli parlamentlərinə göndəriləcəyini deyib.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »