Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"ABŞ Rusiya iqtisadiyyatını məhv etmək və daxili siyasəti zəiflətmək istəyir"
"ABŞ Rusiya iqtisadiyyatını məhv etmək və daxili siyasəti zəiflətmək istəyir"

ABŞ yeni sanksiyalarla Rusiya iqtisadiyyatını məhv etmək və ölkədə daxili siyasəti zəiflətmək istəyir.

Bizimyol.info Rusiya mətbuatına istinadla xəbər verir ki, bu barədə Rusiyanın ABŞ-da Vaşinqtondakı səfiri Anatoliy Antonov danışıb. O, qeyd edib ki, deputatların və jurnalistlərin qara siyahıya salınması ilə Ağ Ev Vaşinqtonun siyasəti ilə razı olmayanların ağzını yummaq istəyir. Siyasətçinin sözlərinə görə, ABŞ uzun müddətdir ki, söz azadlığı və demokratiya prinsiplərini unudub.

Diplomatın sözlərinə görə, yeni sanksiyalar öz məqsədinə çatmayacaq. Eyni zamanda səfir, ABŞ-a öz daxili problemləri ilə məşğul olmağı da tövsiyyə edib.

"Bu, qarışmış ağlın başqa bir nümunəsidir. Amerika hökuməti Dövlət Dumasının deputatlarını Vaşinqtonun müəyyən etdiyi mövqelərə uyğun gəlməyən fikirlərinə görə cəzalandırmağa çalışır. Qanunvericilər Rusiyanın milli maraqlarını müdafiə edirlər. Başqa cür ola da bilməz. Belə çıxır ki, anti-Rusiya sanksiyalarının növbəti paketi iqtisadiyyatı pozmaq və ölkəmizdəki daxili siyasi vəziyyəti pozmaq məqsədi daşıyır" - deyə səfir bildirib.

Tərcümə: İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »