Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Peskov: Putinin əmri "Novatek"ə aid deyil
Peskov: Putinin əmri "Novatek"ə aid deyil

Rusiya prezidenti Vladimir Putinin Avropa müqavilələri üzrə Rusiya qazına görə ödənişi rublla qəbul etmək göstərişi “Qazprom”a şamil edilib, lakin bu, “Novatek”ə aid deyil.

Bizimyol.info xəbər verir ki, bunu bu gün jurnalistlərə danışan Dövlət başçısının mətbuat katibi Dmitri Peskov bildirib.

O, "Novatek"in özəl şirkət olduğunu vurğulayaraq: "Orada çətin ki, birbaşa sifariş ola bilər", - deyə bildirib.

"Prezident hansı qazın nəzərdə tutulduğu barədə hər hansı bir ifadə işlətmədi - boru kəməri və ya LNG. Amma məlum olan odur ki, əmr "Qazprom"a verilib. Bu, birbaşa "Qazproma" verilmiş göstərişdir. Bu, beynəlxalq şirkətdir. Əsas belə bir göstəriş "Qazprom"a verilib. Prezident "Novatek" haqqında heç nə deməyib”, - Kremlin sözçüsü deyib.

Avropa ölkələri rublla ödənişdən imtina edərsə, Rusiyanın Aİ-yə qaz tədarükünü davam etdirib-etməyəcəyi sualına cavab verən mətbuat katibi xatırladıb ki, “Rusiya Federasiyasının prezidentindən “Qazprom”a ödənişləri rublla qəbul etmək göstərişi var”.

“Bir həftə ərzində, daha doğrusu, qalan dörd gün ərzində “Qazprom” müqavilələri yerinə yetirməli, bunun texniki və logistik cəhətdən necə həyata keçirilə biləcəyi ilə bağlı şəffaf, başa düşülən sistem hazırlamalı olacaq. "Qazprom"un məhsullarına sonra baxarıq. Biz dövlət başçısının indiki göstərişlərindən çıxış edirik", - deyə Peskov bildirib.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin çərşənbə günü bəyan edib ki, Rusiya təbii qaz tədarükünə görə güzəşt edilmiş valyutalarla, o cümlədən dollar və avro ilə ödənişləri qəbul etməkdən imtina edəcək. İxrac edilən qaza görə ödənişlər yalnız rublla qəbul olunacaq.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »