Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Mariupol Dram Teatrında 300-ə yaxın insanın həlak olduğu güman edilir
Mariupol Dram Teatrında 300-ə yaxın insanın həlak olduğu güman edilir

Martın 16-da Rusiya təyyarəsi tərəfindən bombalanan Mariupolda Dram Teatrının binasında 300-ə yaxın insan həlak olub.

Bizimyol.info xəbər verir ki, bu barədə Mariupol Şəhər Şurası məlumat yayıb.

“Təəssüf ki, bu günə pis xəbərlə başlayırıq.Şahidlərin bildirdiyinə görə, Mariupol Dram Teatrında Rusiya təyyarəsinin bombalanması nəticəsində 300-ə yaxın adam həlak olub.

Sonuna qədər bu dəhşətə inanmaq istəmirəm. Sonuna qədər hər kəsin qaçmağı bacardığına inanmaq istəyirəm. Amma bu terror aktı zamanı binanın içində olanların sözləri başqa mənin istəyimin əksi oluğunu bildirir.

Şəhər şurası xatırladıb ki, teatr binasının qarşısındakı nəhəng “UŞAQLAR” yazısı da işğalçıları amansız davranışdan çəkindirməyə kömək etməyib.

“Biz binaları bərpa edə bilərik, amma dostları, qonşuları, qohumları və yaxınlarımızı heç vaxt geri qaytara bilməyəcəyik. Bu qədər amansızlıq bizi dəhşətə gətirir. Rus xalqı bu qədər amansız ola bilməz və bunu qəbul etməməlidirlər. Günahsız insanların sığınacaqlarda bombardıman edilməsi tarixdə qalacaq hadisədir. Ukrayna xalqı bunu daim xatırlayacaq. Bu xalqların yox, hakimiyyətin - Putinin müharibəsidir. Ümid edirik ki, rus xalqı onu dayandırmağa çalışacaq. Biz günahsiz insanların qatillərini bağışlamayacağıq. Rusiyanın təcavüzkar, terrorçu hakimiyyətinin  Ukraynaya qarşı apardığı ağılsız müharibədə həlak olan bütün günahsız qurbanlarının xatirəsi ehtiramla yad olur", - deyə Şəhər Şurasının bəyanatında bildirilir

Qeyd edək ki,  daha əvvəl xəbər verdiyimiz kimi, martın 16-da Rusiya təyyarəsi Mariupolda yüzlərlə mülki şəxsin sığındığı Dram Teatrının binasına bomba atıb.

Bomba sığınacağın giriş hissəsini dağıntdığından və atəşin davam etməsi səbəbindən uzun müddət qurbanlar barədə məlumat toplamaq mümkün olmayıb.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »