Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Vladimir Jirinovskinin ölüm xəbəri yayılıb
Vladimir Jirinovskinin ölüm xəbəri yayılıb

LDRP partiyasının lideri Vladimir Jirinovskinin vəfat etdiyini açıqlayıb.

Bizimyol.info xəbər verir ki, bu barədə "Mash" teleqram kanalı məlumat verib.

“Vladimir Jirinovski bu gün səhər saat 10.45-də dünyasını dəyişib. Siyasətçi son günü komada keçirdi”, - deyə nəşr yazır.

Jirinovski fevralın 2-də koronavirus diaqnozu ilə Moskva Mərkəzi Klinik Xəstəxanasına yerləşdirilib.

Bir neçə gün əvvəl siyasətçinin septik şoka düşdüyü və ağciyərinin sıradan çıxması xəbəri yayılmışdı.

Eyni zamanda, LDPR-nin sözçüsü Aleksandr Dupin bəyan edib ki, Jirinovskinin vəziyyəti ilə bağlı anonim mənbələrdən gələn bütün xəbərlər şayiə və yalandan başqa bir şey deyil, siyasətçi müalicəsini davam etdirir.

Dövlət Dumasının sədri Vyaçeslav Volodin LDPR lideri Vladimir Jirinovskinin ölümü ilə bağlı xəbərləri təkzib edib. Volodin cümə günü Telegram kanalında bildirib ki, siyasətçi sağdır, lakin vəziyyəti ağırdır.

"Mən Vladimir Volfoviç Jirinovskinin səhhətindən narahat olan hər kəsi əmin etmək istəyirəm. O, sağdır. Vəziyyəti həqiqətən ağırdır", - Volodin yazıb.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »