Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"2 mindən çox ukraynalı uşaq qaçırılıb, harada olduğunu bilmirik"
"2 mindən çox ukraynalı uşaq qaçırılıb, harada olduğunu bilmirik"

Ukrayna prezidenti Volodimir Zelenski Avropa Şurası Toplantısına video konfransla qatılıb.

Bizimyol.info xəbər verir ki, Zelenski çıxışı zamanı Ukraynanın heç bir zaman müharibə haqqında düşünmədiyini bildirib. O, həmçinin bir aydır ki, öz torpaqlarında bombardman altında olduğunu da dilə gətirib. Zelenski müharibə zamanı 2 mindən çox ukraynalı uşağın qaçırıldığını qeyd edərək, həmin uşaqların harada olduğunu bilmədiyini də deyib.

Humanitar yardım konvoylarının atəş altında olduğunu bildirən Zelenski təxliyə dəhlizlərində uşaqlara, qadınlara və din xadimlərinə atəş açıldığını da deyib.

Qeyd edək ki, Ukrayna baş nazirin yardımçısı İrina Vereşçuk bildirib ki, təkcə ötən gün ərzində 7 təxliyə dəhlizindən 3343 nəfər təxliyə edilib. Onun sözlərinə görə, Kiyev ərazisində Bordanovka, Bervitsa və Bolşoya Dimenka kəndlərindən 509 nəfər Brovari şəhərinə təxliyə edilib. Donetsk ərazisindəki Mariupol şəhərindən şəxsi avtomobillərlə 2717 nəfər Zaparojye şəhərinə keçib.

“Təəssüflər olsun ki, 3 gündür Mariupol şəhərindən təxliyə işləri apara bilmirik. Berdyansk şəhərindən göndərilən 50 avtobus və humanitar yardım daşıyan avtomobillər və bir də yanacaq tankeri Mariupol şəhərinin girişində gözləməyə davam edir”,- deyə İ.Vereşçuk bildirib.

Vereşçuk qeyd edib ki, Zaparojye şəhərindən 117 nəfər təxliyə edilib və onlar arasından 35 uşaq müalicə üçün İtaliyaya göndəriləcək. Əsirlərin dəyişdirilməsi barədə baş nazir yardımçısı bildirib ki, döyüş əsirləri ilə mülki dənizçilər dəyişdirilib.

Tərcümə: İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »