Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ərdoğan: “Ukraynanın suverenliyi və müstəqilliyi əsas prioritetdir”
Ərdoğan: “Ukraynanın suverenliyi və müstəqilliyi əsas prioritetdir”

“Tərəflər arasında aparılan danışıqları yaxından izləyir və dəstəkləyirik".

APA-nın xəbərinə görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO liderlərinin fövqəladə Zirvə toplantısından sonra mətbuat konfransı zamanı Rusiya-Ukrayna danışıqlarından bəhs edərkən deyib.

“Danışıqlar prosesini asanlaşdırmaq üçün bir çox addımlar atmışıq”,- deyə Ərdoğan bildirib.

O, əlavə edib ki, müharibəni mümkün qədər tez bitirmək üçün Türkiyə tərəfi hər iki ölkə ilə sıx təmasdadır.

Ərdoğan Ukraynanın suverenliyi və müstəqilliyinin danışıqlar zamanı əsas prioritet olduğunu da vurğulayıb.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »