Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
MN: "Rusiya sülhməramlılarının yerləşdiyi Azərbaycan ərazilərində toqquşma olmayıb"
MN: "Rusiya sülhməramlılarının yerləşdiyi Azərbaycan ərazilərində toqquşma olmayıb"

Erməni mənbələri tərəfindən Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan əraziləri boyunca guya vəziyyətin gərginləşdiyi barədə verilən xəbərlər həqiqəti əks etdirmir.

Azərbaycan Müdafiə Nazirliyindən Bizimyol.info-ya verilən məlumata görə, məntəqədə mövqelərin və dislokasiya yerlərinin dəqiqləşdirilməsi aparılır, hər hansı toqquşma və ya insident baş verməyib.

Erməni mənbələri tərəfindən süni şəkildə vəziyyət şişirdilir. Məqsəd qəsdən isterikaya səbəb ola biləcək abu-hava yaratmaq, ictimaiyyəti çaşdırmaq və yanlış istiqamətə yönəltməkdən ibarətdir. Narahatlıq və təşviş üçün heç bir əsas yoxdur.

Azərbaycan Ordusunun bölmələri əməliyyat şəraitinə tam nəzarət edir.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »