Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya XİN Azərbaycanın Ukrayna ilə bağlı təşəbbüsünə münasibət bildirib
Rusiya XİN Azərbaycanın Ukrayna ilə bağlı təşəbbüsünə münasibət bildirib

Rusiya Ukrayna ilə bağlı ölkələrin təklif etdiyi vasitəçilikdən heç vaxt imtina etməyib. Hesab edirik, vasitəçilik təklif edən ölkələr ötən səkkiz il ərzində öz nüfuzlarından istifadə edib Kiyev rejiminə öz öhdəliklərini yerinə yetirməklə bağlı təsir edə bilərdilər.

APA-nın məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi bu gün keçirdiyi brifinqdə "Rusiya XİN Türkiyə və Azərbaycanın Ukrayna ətrafında vəziyyətin nizamlanması ilə bağlı təkliflərlə çıxış etməsi faktını necə qiymətləndirir?" sualına cavabında bildirib.

"İndi biz bütün konstruktiv təkliflərə baxırıq. Hansısa nəticələrə gətirib çıxaracaq faydalı təşəbbüslərə reaksiya veririk. Digər tərəfdən, görüş naminə görüş, təşəbbüs naminə təşəbbüs variant deyil. Ona görə də, konstruktiv olan təkliflərə baxacağıq. Bununla belə, biz diplomatik nizamlanmaya kömək etməyə hazır olan hər kəsə minnətdarıq", - deyə Rusiya XİN sözçüsü vurğulayıb.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »