Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ-da "Pələng Komandası" yaradılıb: Rusiyanın nüvə hədələrinə cavab hazırlayır
ABŞ-da "Pələng Komandası" yaradılıb: Rusiyanın nüvə hədələrinə cavab hazırlayır

ABŞ-ın Ukraynada Rusiya işğalının başlamasından 4 gün sonra "Tiger Team" ("Pələng Komandası") adında dəstə yaratdığı və bu dəstənin indiyə qədər qəbul edilən qərarlarda mərkəzi bir rol oynadığı məlum olub. Həftədə 3 dəfə təsnifat sessiayalarında toplanan dəstə hazırda Putinin nüvə silahı istifadə edəcəyi təqdirdə işə salınacaq ssenarini hazırlayırlar.

Rusiya-Ukrayna müharibəsindən bir ay keçir. Hər kəs Rusiya prezidenti Putinin bundan sonra atacağı addımları gözləyir. ABŞ və Avropa Ukraynadakı irəliləyişdən məyus olan və Qərbin sanksiyalarına qəzəbli olduğu bilinən Putinin yeni addım atacağını gözləyir. Ağ Ev Putinin kimyəvi, bioloji və nüvə silahlarınından istifadə edəcəyi təqdirdə beynəlxalq ictmaiyyətin müharibəyə necə müdaxilə edəcəyi mövzusunda ssnearilər hazırlamaq üçün təhlükəsizlik nümayəndələrindən ibarət bir dəstə yaradıb. “Pələng Komandası” olaraq adlandırılan qrupa daxil olan bir neçə səlahiyyətli Putin Ukraynaya silah və yardım gətirən konvoylara hücum etmək üçün NATO torpaqlarına daxil olacağı təqdirdə göstəriləcək reaksiyaları araşdırır.

Həftədə 3 dəfə görüşən qrup Rusiyanın müharibəni Moldova və Gürcüstan kimi qonşu ölkələrlə genişlətmək istədiyi təqdirdə veriləcək cavabları və Avropanın indiyə qədər görünməmiş qaçqın axınına necə hazırlanacağını da araştırır. Sözügedən qrup, Ukraynanın işğalının bşalamsından 4 gün sonra 28 fevralda Baydenin beynəlxalq təhlükəsizlik məsləhətçisi Ceyk Sullivan tərəfindən imzalanan bir sənədlə yaradılıb. ABŞ höküməti Rusiyanın Ukraynanı işğal ediləcəyi ehtimalına hazır olması üçün pərdə arxasında aylarla çalışmışdı. Bu qrup NATO ölkələrindəki hərbi imkanları və Rusiyanın zəif tərəflərini hesablayıb, Ukrayna Ordusunu silahlandıran planlar və Putin hökümətini böyük bir təzyiq altına salan dərin sanksiyaların arxasında mərkəzi rolu da bu qrup oynayır. Bayden Rusiya ilə birbaşa qarşı-qarşıya gəlmənin toqquşmanı nəzarətdən çıxara biləcəyindən qorxduğu üçün bunu etməyə istəksiz olduğunu dəfələrlə bildirmişdi. NATO Baş katibi Yens Stoltenberg də NATO-nun toqquşmaya qarışmasının sadəcə, daha böyük faciələrə yol açacağı mövzusunda xəbərdar etmişdi. Bu məqamda "Pələng Komandası" Ukraynada proseslərin inkişafını nəzərdən keçirərkən həm də ABŞ-ın geosiyasi mövqeyini yaxşılaşdırmaq üçün uzunmüddətli imkanları araşdırır.

Putinin Rusyanın mövqeyini məhv edən və iqtisadiyyatını iflic vəziyyətə salan böyük bir strateji səhvə yol verdiyi Ağ Evdə hər kəs tərəfindən qəbul edilir, amma toqquşmanın hələ başlanğıc mərhələdə olduğu barədə də xəbərdarlıq edir: “Müharibənin nəticələrini təxmin etmək üçün çox tezdir. Müddət hamını təəcübləndirə bilər”.

“The New York Times” nəşrinə danışan ABŞ-ın yüksək səlahiyyətli nümayəndələrindən biri Baydenin Amerika qüvvələrini Ukraynadan uzaq tutmaq mövzusunda qərarlı olduğunu, ancaq nüvə silahı istifadə ediləcəyi təqdirdə veriləcək cavabla bağlı “Pələng Komandas"ının ssenarilər hazırladığını da xəbər verib.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »