Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Zelenski NATO-ya müraciət etdi: Rusiya Ukraynada dayanmağı düşünmür
Zelenski NATO-ya müraciət etdi: Rusiya Ukraynada dayanmağı düşünmür

"Bir daha heç vaxt, bizə ordumuzun NATO standartlarına cavab vermədiyini söyləməyin".

Bizimyol.info xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski NATO üzvlərinə müraciəti zamanı deyib.

“Onlar ölümə böyük pul qoydular, bütün dünya isə həyata sərmayə qoyur. İndi insanları və şəhərlərimizi xilas etmək üçün Ukraynaya məhdudiyyətsiz hərbi yardım lazımdır. Rusiya bütün məhdudiyyətsiz arsenalını bizə qarşı istifadə edir. Biz müqvimət göstəririk, amma köməyə ehtiyacımız var. Bəli, biz Alyansda deyilik. Və mən bunu əminliklə deyə bilərəm ki, ukraynalılar heç vaxt düşünmürdülər ki, Alyans dövlətləri onlara qarşı fərqli münasibət bəsləyir",- deyə o bildirib.

"NATO-nun Rusiyadan müdafiəyə olunmağa hazır olmalıdır. Çünki Rusiya Ukraynada dayanmağı düşünmür. Düşünmür və bunu etməyəcək də. O daha da irəli getmək istəyir. NATO-nun şərq üzvlərinə qarşı. Baltikyanı ölkələr, Polşa - bu, belədir. NATO bundan sonra Rusiyanın necə reaksiya verəcəyindən narahat olaraq bu barədə düşünməyi dayandıracaqmı? Buna kim əmin ola bilər? Və 5-ci maddənin işləyə biləcəyinə əminsinizmi? “Budapeşt” daha bizim üçün işləmirdi. Budapeşt Memorandumumuz Ukraynada sülh yaratmaq üzərində işləmədi", - deyə Ukrayna prezidenti bildirib.

"Sizdən tələb etdiyim tək şey budur; bu, ordumuz üçün bir xahişdir. Bir aylıq müharibədən və Rusiyaya qarşı belə müqavimətdən sonra, xahiş edirəm, heç vaxt, bir daha bizə ordumuz NATO standartlarına cavab vermədiyini deməyin. Biz standartlarımızın nəyə qadir olduğunu göstərdik. Avropada və dünyada ümumi təhlükəsizliyə nə qədər töhfə verə biləriksə, bunu edirik",- deyə o əlavə edib.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »