Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Sağ qalmış Mariupol sakinləri zorla Rusiyaya aparılır
Sağ qalmış Mariupol sakinləri zorla Rusiyaya aparılır

Rusiya hərbçiləri indi Mariupol şəhərinin minlərlə sakinini Rusiyaya aparır. Mariupolun 15 minə yaxın sakini artıq qanunsuz deportasiyaya məruz qalıb.

Bizimyol.info xəbər verir ki, bu barədə Mariupol Şəhər Şurası məlumat yayıb.

"Levoberejnı rayonunun sakinləri kütləvi şəkildə Rusiya ərazisinə daşıyırlar. Ümumilikdə 15 minə yaxın Mariupol sakini qeyri-qanuni deportasiyaya məruz qalıb. Bu, hələ də Levoberejnı rayonunda yaşayan əhalinin təxminən yarısı qədərdir. Əldə oluman məlumata görə, işğalçılar ultimatum şəklində müharibədən artıq yorulmuş insanları qorxudaraq avtobuslara minməyə məcbur edirlər”, - məlumatda deyilir.

Həmçinin rus işğalçıları tərəfindən insanların pasportlarının və Ukraynanın digər şəxsiyyəti təsdiq edən sənədlərinin əllərindən alındığına dair sübutlar var.

"Deportasiya edilən insanlar əvvəlcə "filtrasiya düşərgələri" deyilən yerə daşınır, oradan isə Rusiyanın müxtəlif ucqar şəhərlərinə göndərilir. Bu gün məlumdur ki, artıq 6 minə yaxın Mariupol sakini zorla işğalçının ərazisinə aparılıb", - deyə şəhər şurası məlumat yayıb.

Onlar qeyd ediblər ki, Rusiya tərəfi mütəmadi olaraq insanların Ukraynanın nəzarətində olan əraziyə mümkün təxliyəsini bəyan etsə də, reallıqda belə deyil.

"Son 20 gün ərzində işğalçılar evakuasiya karvanının qarşısını kəsir və insanların təhlükəsiz şəkildə xilas olunmasına imkan vermirlər. İndi Mariupol sakinlərini təxliyə etmək üçün Zaporojyedən Berdyanska gedən avtobuslar dayandırılıb. Bu Ukraynanın nəzarət etdiyi əraziyə köçmək istəyən insanların qarşısını almaq üçün edilir. Baxmayaraq ki, Ukrayna şəhərinin sakinləri öz ölkələrində, Rusiya ordusunun yaratdığı təhlükədən uzaq ərazilərnə müvəqqəti yaşamaq məqsədi ilə köçmək istəyirlər”, - şəhər şurası bildirib.

Mariupol şəhərinin meri Vadim Boyçenkonun dediyi kimi, Rusiya hərbçilərinin etdikləri bütün qanunlara ziddir.

"Əvvəlcə onlar dinc şəhəri mühasirəyə alırlar, qəsdən insanları öldürməyə başlayırlar, sonra isə zorla öz ərazilərinə aparırlar. Ukrayna bunu ancaq İkinci Dünya Müharibəsi zamanı yaşayıb. Təəssüf ki, tarix təkrarlanır. Yalnız indi nasistlər yox, burada Raşistlər. Biz onların Ukraynaya qayıtması üzərində işləyəcəyik”, - Boyçenko bildirib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »