Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ukraynada rusiyalı jurnalist öldürülüb - Foto
Ukraynada rusiyalı jurnalist öldürülüb - Foto

Ukraynanın paytaxtı Kiyevdə bir rusiyalı jurnalist ölüb. O rus əsgərlərinin daha əvvəl hücum zamanı raket və mərmi zərbələri ilə dağıtdığqları yaşayış binalarını lentə alarkən rus hərbçilərinin həmin ərazinin yenidən atəşə tutması zamanı ölüb.

Bizimyil.info xəbər verir ki, bu barədə "The Insider" məlumat verib.

Bildirilir ki, Oksana Baulina Kiyevin Podil rayonunda “İnsider”in redaksiya tapşırığını yerinə yetirərkən bombardman zamanı həlak olub.

Redaksiyaları Latviyada yerləşən Rusiya araşdırma saytı atəş nəticəsində daha bir mülki şəxsin də öldüyünü bildirib. Bundan əlavə Rusiyalı jurnalistlə birlikdə olan daha iki nəfərin də yaralanaraq xəstəxanaya yerləşdirildiyi məlum olub.

“Insider” yazır ki, Baulina Rusiya hakimiyyəti tərəfindən “ekstremist” elan edilən təşkilatda, ölkənin müxalifət lideri Aleksey Navalnının Korrupsiyaya Qarşı Mübarizə Fondunda işləyib.

"Navalnının həbsindən sonra o ölkəni tərk etməyə məcbur qalıb və "The Insider"də peşə fəaliyyətini davam etdirərək Rusiyadakı korrupsiya haqqında araşdırma materiallar verməklə məşğul olub", - deyə xəbər orqanı bildirib.

Rusiya bir ay əvvəl Ukraynanı işğal etməyə başladıqdan sonra Baulina Ukraynanın paytaxtı Kiyev və ölkənin qərbində yerləşən Lvovdan bir neçə məlumat hazırlayaraq təqdim edib.

“İnsider” Oksananın ailəsinə və dostlarına dərin hüznlə başsağlığı verir”, - deyə bildirib. Əlavə olaraq bildirilib ki, Ukraynadakı müharibəni, o cümlədən “Rusiyanın hərbi cinayətləri, o cümlədən mülki əhalinin və jurnalistlərin ölümünə səbəb olan yaşayış məntəqələrini atəşə tutması” kimi hadisələri işıqlandırmağa davam edəcək.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »