Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Müharibə ətraf mühiti necə məhv edir...
Müharibə ətraf mühiti necə məhv edir...

Dünyanın hansı ölkəsində olursa olsun, müharibənin ətraf mühitə verdiyi zərər bütün dünyaya təsir edir. Müasir müharibələrin ətraf mühitə təsirləri 3 qrupa bölünür. Müharibəyə hazırlıq zamanı ətraf mühitə təsirlər, müharibə zamanı ətraf mühitə təsirlər, müharibədən sonra ortaya çıxan problemlər.

Müharibəyə hazırlıq mərhələsində ortaya çıxan problemlər silah istehsalı zamanı ortaya çıxan çirklilik, silahlaırn test edilməsi, hərbi təlimlər zamanı müşahidə edilir. Hava limanları, hərbi bazalar adətən geniş əraziləri əhatə edir. Bu ərazilər yerli sakinlərin fikirləri alınmadan hərbi qurumlara verilir. Bu zaman meşələr də daxil olmaqla əkinçilik sahələri belə ortadan qaldırılır və bütün təbii fauna məhv edilir. Orduların mühribəyə hazırlıq zamanı tankların hərəkəti, bombalama və hücum təlimləri zamanı çox zaman həqiqi silahlar istifadə edildiyi üçün təbii ekosistem məhv olur.

Silah istehsalı zamanı ortaya çıxan toksiki tullantılar, əhalinin sağlamlığı və ətraf mühit üçün düşmən təhdidindən çox təsirlidir. Bu gün kimyəvi, bioloji, nüvə və ənənəvi silahların istehsalı, test edilməsi üçün ayrılmış milyonlatla hektar ərazi toksiki kirlənmə səbəbilə yox olmaqla qarşı qarşıyadır. Və bu günə qədər istehsal edilmiş milyonlarla ton köhnəlmiş, istismara yararsız silah yox edilməni gözləyir.

XX əsrdə müharibələr zamnaı insanların ölümü ilə yanaşı ətraf mühitə dəyən zərərlərin miqdarı da artdı. Müaribələr zamanı düşmənin iqtisadiyyatını çökdürmək məqsədilə daha çox sənaye müəssisələri həfələnir. Bu hücumlarda ortaya çıxan sənaye kimyəvisi, mülki əhaliyə və həyata böyük təsir göstərir.

Mütəxəssislərin fikrincə, istifadə edilən müasir silahlar partlayıcı gücü qədər toksik kimyəvilər səbəbindən də öldürücü ola bilir. Bu ancaq cəbhədə olan düşməni deyil, xalqa da təsir edir. Məsələn, ağır bombalama təyyarəsindən atılan bir bomba partladığı zaman 3 min dərəcə istilik ortaya çıxır və bütün flora və fauna ilə yanaşı torpağın dərin qatlarının da yanmasına səbəb olur. Həmin torpağın məhsuldar olması üçün isə, 100-7400 il keçməlidir. Bu isə ekoloji fəlakətlərə bitki örtüyünün və heyvanlar aləminin məhv olmasına gətirib çıxarır.

Müharibələr zamanı yaşanan köçlər, bir çox ərazilərdə iqtisadi və sosial strukturu məhv edir.

Müasir silahların uzun müddətli təsirləri ilk anda olan dağıdcı güclərindən də böyük ola bilər. Məsələn tank əleyhinə toplarda istifadə edilən uran mərmiləri, quru ərazilər üçün minalar onlarla ünsiyyətdə olan hər şey üçün təhlükəlidir.

Və…

Bir çox orduların hərbçilərində xərçəng xəstəliyinin səbəbi də bu silahlardandır. Bu tip silahlarda istifadə edilən zəhərli və radioaktiv uran nəfəsə getdiyi zaman orqanizmə radiasiya yaymağa başlayır.

Quru minaları çox ucuz və məhv edici olduğu üçün yerli müharibələr zamanı daha çox istifadə edilir.

Qızıl Xaçın məlumatlarına görə, hər ay dünyada 1000-2000 insan minalar səbəbilə ölür və ya əlil qalır.

Müharibələrdə istifadə edilən toksik silahlar, partlamamış silahlar müharibə ərazilərini ekoloji fəlakət sahələrinə çevirir.

Bilirsinizmi?

Sovet ittifaqı 1992 -ci ildə keçmiş şərqi Almaniyanı tərk edən zaman 1,5 milyon silah geri qaytarılma qiyməti baha olduğu üçün yandırıldı. Ortaya çıxan nitrogen oksitlər, yüksək toksiki kimyəvi dioksitlər və civə kimi ağır metallar atmosferə yayıldı. Sovet İttifaqı Şərqi Almaniya torpaqalrının 4 faizini çirkləndirdi.

  • Dünyada 30 min ton ölümcül kimyəvi silah məhv edilməlidir. Bu silahların məhv edilmə maliyyəti 65 milyard ABŞ dolları edir.
  • İraqın Küveyt neft istehsal müəssisələrini məhv etməyə qərar verməsi nəticəsində gündı 5-6 milyon barel neft yandı və tonlarla çirkləndirici qaz atmosferə qarışdı.
  • İraqda uran mərmilərinin daha çox atıldığı Cənubi İraqda Bəsra ərazisində ölü doğuşlar, qüsurlu uşaqlar, uşaq yaşlarında leykemiya və digər xərçəng növlərinin yayılması müşahidə edildi.

Dünyada iki günlük hərbi xərclər 4,8 milyard edir ki, bu da BMT-nin “Üçüncü Dünya ölkələri Səhralaşmanın Dayamdırılması Hərəkət Planının” xərclərinə bərabərdir.

  • ABŞ Müdafiə Nazirliyinin 1989-cu ildə ordunun istifadəsi üçün aldığı 2 trilyon barel neft ilə ABŞ nəqliyyat sistemi 22 il idarəe də bilər.
  • Qərbi Almaniyanın 1985-ci ildə ordu xərcləri 10,75 milyard ABŞ dolları olmuşdur ki, bu da Şimal Dənizinim Qərbi Almaniya hissəsinin təmizlənməsinə tələb ediıən maliyyə vəsaiti qədərdir.
  • F-16 döyüş təyyarəsinin bir saatlıq uçuşu zamanı bir Amerika avtomobilinin iki illik yanacağı xərclənir.
  • Keçmiş Qərbi Almaniyada Hava qüvvələrinə aid jetlər bütün hava nəqliyyatından qaynaqlanan çikliliyin 58 faizindən məsul idilər.

Və ən nəhayət…

Statistikaya görə, Körfəz Müharibəsindən bu günə qədər İraqda çoxu 5 yaşdan kiçik olan 500 min iraqlı uşaq ölüb. Bu rəqəm ABŞ-ın Yaponiyaya atdığı atom bombaları nəticəsində ölən insan sayının 3 qatıdır. Həyatda qala bilən uşaqların 23 faizində isə, inkişaf və böyümə pozuntuları aşkarlanıb. Eyni zamanda hər gün İraqda müharibənin amansız şəraiti ilə bağlı 250 nəfər ölür.

Tərcümə: İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »