Ukraynanın Prezident Aparatı rəhbərinin müşaviri Mixail Podolyak Rusiya ilə danışıqlarda əsas məsələ kimi işğal olunmuş Krımın və Donbasın statusunu müzakirə edildiyini qeyd edib.
Bizimyol.info xəbər verir ki, bu barədə o, özünün qeyri-rəsmi "Telegram" kanalında paylaşım edib.
"Danışıqlar zamanı Rusiya tərəfinin tələbləri azaldılır, müharibənin əvvəlində irəli sürülən ultimatumların əksəriyyəti artıq müzakirə olunmur. İşğal olunmuş Krımın, Luqanskın və Donetskin taleyi əsas müzakirə mövzusu olaraq qalır", - deyə Aparat rəhbərinin müşaviri qeyd edib.
"De-yure, Krım, Donetsk və Luqansk Ukraynanın bir hissəsi olaraq qalır, lakin biz onlara faktiki nəzarət etmirik. Hazırkı şəraitdə orada Rusiya administrasiyası fəaliyyət göstərir. Mən təfərrüatları açıqlaya bilmərəm, çünki bu, danışıqlar prosesini pozulmasına səbəb ola bilər", - Podolyak deyib.
Daha sonra prezident aparatının rəhbərinin müşaviri öz "Twitter" səhifəsində mühüm informasiya təhlükəsizliyi qaydalarını xatırladıb.
“Təəssüf ki, 28 günlük müharibə bizə əsas şeyi başa düşmək üçün kifayət etmədi: Rusiya Federasiyası artıq təkcə Ukrayna ordusuna qarşı vuruşmur, yalnız bizim logistik mərkəzlərimizə, humanitar konvoylarımıza, ərzaq tədarükü və paylanması mərkəzlərinə, geyim, dərmanların çatdırılması ilə məşğul olan, döyüş gedən və ya mühasirəyə alınan yerləri tərk etmək istəyən mülki şəxsləri amansızlıqla atəşə tutmaqda davam edir”, - Mykhailo Podolyak bildirib.
Xatırladaq ki, daha əvvəl prezident aparatının rəhbərinin müşaviri beynəlxalq tərəfdaşları Ukraynaya hava hücumundan müdafiə sistemlərinin tədarükünü artırmağa və Rusiya gəmiləri üçün limanları bağlamağa çağırıb.
Qadir, Bizimyol.info