Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Pentaqon: Rusiya qüvvələri Kiyevdən 25-35 km geri çəkilib

Pentaqondakı mənbə təsdiqləyib ki, Ukrayna ordusu cəbhə xəttini Kiyevin şərqinə 25-35 kilometr irəliləyə bilib.

Bizimyol.info xəbər verir ki, bu barədə "CNN" məlumat yayıb.

Pentaqon qeyd edib ki, Rusiya qoşunları hazırda paytaxtın mərkəzindən təxminən 55 kilometr aralıda yerləşir. Eyni zamanda, şimal-qərbdə Rusiya qüvvələri şəhərə hücumu dayandıraraq olduqları yerdə səngərlər qazaraq müdafiə mövqeləri yaradırlar.

Pentaqondakı mənbə həmçinin bildirib ki, Rusiya qüvvələri Ukraynanın şərqində - Luqansk və Donetsk vilayətlərində güclənib.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı hərbi əməliyyatların gedişi ilə bağlı verdiyi yeni məlumatlarda bildirir ki, Ukrayna ordusu Şərq, Cənub-Şərq və Şimal-Şərq istiqamətlərində müdafiə əməliyyatını davam etdirir. Qeyd olunur ki, bu ərazilərin heç birində Rusiya Federasiyasının qüvvələri uğur qazana bilməyib.

Baş Qərargah Rusiya aviasiyasının aktiv əməliyyatları və havadan zərbələri davam etdirdiyini vurğulayıb. Son sutka ərzində Rusiya hərbi təyyarələri Ukrayna üzərində 250-dən çox uçuş həyata keçirib. Düşmənin əsas hədəfləri Kiyev, Xarkov və Çerniqov vilayətlərindəki hərbi və mülki infrastruktur obyektləri olaraq qalır.

Qeyd olunur ki, Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri müdafiəni davam etdirir və son sutka ərzində onlar 11 hava hədəfini vurub.

Baş Qərargahdan verilən məlumata görə, martın 23-də Ukrayna Silahlı Qüvvələrinin 80-ci hava hücumu briqadasının desantlarının düşmənin təxribat-kəşfiyyat qrupunu məhv etdiyini bildirib.

“Ukraynanın regionlarından birində Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin 80-ci desant-hücumu briqadasının bölmələri düşmənin təxribat-kəşfiyyat qrupunu uğurla məhv edib. Rus diversantları şəhər və kəndlərimizdə təxribatlar törətmək üçün müxtəlif növ mülki nəqliyyat vasitələrindən istifadə edirdilər. Lakin onlar Ukrayna desantları tərəfindən uğurla aşkar edilərək məhv edilib”, - deyə Baş Qərargahın məlumatında bildirilir.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »