"Western Union" ödəniş sistemi, əvvəlki qərara uyğun olaraq, 24 mart 2022-ci il tarixindən etibarən Rusiya Federasiyasında pul köçürmələrini dayandırır.
Rusiyadan digər ölkələrə göndərilən və 24 mart 2022-ci il tarixinədək alıcılara ödənilməyən pul köçürmələri istənilən vaxt digər ölkələrdəki alıcılara açıq olacaq.
Bu halda Rusiyadan Belarusa köçürmələr istisnadır: bu köçürmələr yalnız göndərənə qaytarıla bilər. Köçürmənin geri qaytarılması qərarına gələn Rusiyada göndərən bunu "Rusiya Poçtu" ASC-nin filiallarında edə bilər.
Rusiyaya göndərilən və 24 mart 2022-ci il tarixinədək alıcıya ödənilməyən pul köçürmələrinə gəldikdə isə, onları göndərən şəxs qəbul edə bilər.
"Western Union" martın 10-da Rusiya və Belarusda pul köçürmələrini dayandırmaq qərarını elan edərək, tərəfdaşlarına və müştərilərinə xidməti dayandırmağa hazırlaşmaq üçün iki həftə vaxt vermişdi. Eyni zamanda, NPO Western Union DP Vostok MMC Rusiyada ödəniş sistemi operatoru kimi Rusiya Federasiyası Mərkəzi Bankına NPO Western Union DP Vostok MMC-nin ödəniş sistemi operatorlarının reyestrindən çıxarılması barədə 24 mart 2022-ci il tarixdə ərizə ilə müraciət edib.
Qadir, Bizimyol.info