Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
BMT Təhlükəsizlik Şurası Rusiyanın qətnaməsini rədd edib
BMT Təhlükəsizlik Şurası Rusiyanın qətnaməsini rədd edib

Rusiyanın Ukraynadakı müharibə ilə bağlı Moskvanın rolundan bəhs etməyən qətnaməsi BMT Təhlükəsizlik Şurasında səsvermədə uğursuzluğa düçar olub. Sənəd layihəsini yalnız Rusiya və Çin dəstəkləyib, qalan 13 üzv bitərəf qalıb.

Bizimyol.info xəbər verir ki, bu barədə "Reuters" məlumat verir.

Böyük Britaniyanın BMT-dəki səfiri Barbara Vudvord səsvermədən sonra deyib: "Rusiya humanitar vəziyyətə əhəmiyyət versəydi, uşaqları bombalamağı dayandırar və onların mühasirə taktikasına son qoyardı. Amma bunu etmədilər".

Təhlükəsizlik Şurasının qətnaməsi üçün ən azı doqquz səs tələb olunur və Rusiya, Çin, Britaniya, Fransa və ya ABŞ-ın veto hüququ yoxdur.

BMT Təhlükəsizlik Şurasının 15 üzvündən yalnız ikisi Moskvanın təklif etdiyi sənədi dəstəkləyib. Bu, təbii ki, Rusiyanın özü, eləcə də Çindir. Fransa, Böyük Britaniya, ABŞ, Hindistan, İrlandiya, Keniya, Meksika, Norveç, Albaniya, Braziliya, Qabon, Qana və Birləşmiş Ərəb Əmirlikləri səsvermə zamanı bitərəf qalıb.

Rusiyanın BMT-dəki nümayəndəsi Vasili Nebenzya bitərəfləri onların motivlərini siyasiləşdirməkdə ittiham edib.

Qətnamənin mətnində “mülki əhalinin təxliyəsi üçün atəşkəs” çağırışları yer alıb. Amma bütün bunlar sadəcə Moskvanın yaratmağa çalışdığı illüziyadır. Axı əslində rusların hazırladığı sənəd onların ənənəvi kinsizliyi ilə doymuşdur. Rusiya “münaqişə tərəflərinə hərbi obyektlərin yerləşdirilməsi üçün mülki infrastrukturdan istifadəni qadağan etməyi və onların sıx məskunlaşdığı ərazilərdə yerləşdirməyi təklif edir”.

Ukrayna heç vaxt bunu etməyib. Amma Rusiya Ukrayna şəhərlərini amansızcasına bombalayır, yaşayış məntəqələrinə zərbələr endirir, eyni zamanda mülki əhali sığınacaqlarına hücum edir. Təcavüzkar dövlətin qəfildən öz cinayətlərini ictimaiyyət qarşısında etiraf etməyə razı olması şübhə doğurur. Deməli, belə bir qətnamənin təqdim edilməsi ilə heç bir halda xoş niyyət güdülməyib.

Rusiya qətnaməsini ABŞ səfiri Linda Tomas-Qrinfild tənqid edib. O, vurğulayıb ki, bu sənədlə Moskva növbəti dəfə Təhlükəsizlik Şurasından "öz qəddar hərəkətlərini ört-basdır etmək" üçün istifadə etməyə çalışıb.

"Rusiyanın təqdim etditi sənəddə beynəlxalq ictimaiyyətdən özünün yaratdığı böhranın həll edilməsini tələb edən qətnamə irəli sürmək cəsarəti var idi", - dedi.

O, BMT Təhlükəsizlik Şurasının Rusiyanın məkrli oyununda iştirak etməyəcəyini vurğulayıb. Doğrudan da, müvafiq sənəddə onun Ukraynadakı humanitar böhranın yeganə səbəbkarı kimi rolundan bəhs edilmir.

Linda Tomas-Qrinfild: “Ukraynadakı müharibədə yalnız Rusiya günahkardır. Rusiyanın öz hərəkətləri ilə bağlı həqiqəti danmaq üçün qeyri-səmimi cəhdləri uğursuzluğa düçar olmaqda davam edir”, - deyib.

Xatırladaq ki, Ukrayna BMT Baş Assambleyasından 20-dən çox dövlətdən ibarət regionlararası qrup tərəfindən hazırlanmış müharibənin humanitar nəticələrinə dair qətnaməyə səs verməyi xahiş etmişdi. Onlar bu sənədi baxılmaq üçün Təhlükəsizlik Şurasına təqdim etməyə belə cəhd etmədilər, çünki Rusiyanın onun daimi üzvü kimi veto hüququ var. Lakin Baş Assambleya qərarlarını sadə səs çoxluğu ilə qəbul edir.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »