NATO-nun zirvə görüşünün iştirakçıları Ukraynaya silah verilməsini müzakirə edəcək. Lakin Alyans özü bu təchizatda tərəf kimi iştirak etmir.
APA-nın xəbərinə görə, bu barədə Ağ Evdən bildirilib.
Tərəflər həmçinin Şərq qanadında güclərin uzunmüddətli yerləşdirilməsi məsələsini müzakirə edəcəklər. Son qərar yayda veriləcək.