Ukraynaya kömək etmək üçün hava hücumundan müdafiə sistemlərinin (Türkiyənin Rusiyadan aldığı S-400-lər – red.) mübadiləsi ilə bağlı razılaşma yoxdur.
APA-nın xəbərinə görə, bu barədə “World Street Journal” nəşrinə Türkiyə Respublikası Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun deyib.
O qeyd edib ki, ABŞ “F-35” qırıcılarını və hava hücumundan müdafiə sistemləri olan “Patriot”ları ilkin şərt olmadan Türkiyəyə göndərməlidir.