"Kimyəvi silahdan istifadə əsla qəbuledilməzdir. Bunun çox ciddi nəticələri olacaq".
APA-nın xəbərinə görə, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq sammitə həsr olunmuş brifinq zamanı deyib.
O əlavə edib ki, Ukraynanın özünü müdafiə etməyə haqqı var və Alyans bu məsələdə hər cür dəstəyi verməyə davam edəcək.