Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Leyla Abdullayeva: Ermənistan silahlı qüvvələrinin qalıqlarını bölgədən çıxarsın
Leyla Abdullayeva: Ermənistan silahlı qüvvələrinin qalıqlarını bölgədən çıxarsın

Azərbaycanın Xarici İşlər Nazirliyi Ermənistan tərəfinin Qarabağa qaz təminatı ilə bağlı ölkəmizə qarşı irəli sürdüyü növbəti əsassız iddiasına münasibət bildirib.

Bizimyol.info xəbər verir ki, XİN-nin mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva: “Ermənistan Xarici İşlər Nazirliyi bir neçə gün əvvəl beynəlxalq təşkilatların nümayəndələrinin Azərbaycan ərazisində keçirilən tədbirdə iştirakı, indi isə digər bir mövzu ilə bağlı Azərbaycanın daxili işlərinə qarışmağa cəhd göstərir.

Ermənistanın əsassız iddialarla çıxış edərək davamlı şəkildə qeyri-konstruktiv yanaşma sərgiləməsi bu ölkənin əsl niyyətini üzə çıxarır.

Ermənistana tövsiyəmiz ondan ibarətdir ki, əsassız və hüquqazidd iddialar irəli sürməkdənsə, üçtərəfli bəyanatlarla üzərinə götürdüyü öhdəliklərin icrasını, o cümlədən bölgədəki silahlı qüvvələrinin qalıqlarının çıxarılmasını təmin etsin, beləliklə, regional sülhə və əmin-amanlığa töhfə versin", - deyə bildirib.

Son xəbərlər
Bütün xəbərlər »